Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Avqust, Cümə, Bakı vaxtı 07:19

Taleh Bağırova işgəncə verirlər?


Taleh Bağırov (Arxiv)

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırovun Qobustandakı qapalı həbsxanada işgəncəyə məruz qaldığı bildirilir.

Bu haqda AzadliqRadiosuna ilahiyyatçının yaxınları məlumat verib.

Ailə üzvlərinin sözlərinə görə, Taleh Bağırov Qobustan həbsxanasına gətirilən kimi cərimə təcridxanasına ("kars") salınıb, orada onu döyüblər.

"Məruz qaldığı işgəncə nəticəsində Taleh Bağırovun vəziyyəti pisləşib. Bizə çatan məlumata görə, onun vəziyyəti ağırdır. Həbsxanadan bizim özümüzə heç nə demirlər", - ilahiyyatçının yaxınları bildirib.

Yaxınlarının sözlərinə görə, vəkili də Taleh Bağırovla görüşə bilmir. Müdafiəçi Yalçın İmanov Taleh Bağırovla görüşmək üçün orderin surətini və məktubu bu həftənin əvvəlində Penitensiar Xidmətə göndərib. Amma hələ cavab gəlməyib.

Buna da bax: Tale Bağırovun xanımı Leyla İsmayılzadənin "Nardaran işi" ndə çıxarılan hökmə münasibəti

Tale Bağırovun xanımı Leyla İsmayılzadənin "Nardaran işi" ndə çıxarılan hökmə münasibəti
Gözlə

No media source currently available

0:00 0:00:28 0:00

Ombudsman Aparatından AzadlıqRadiosuna bildirilib ki, Taleh Bağırova işgəncə verilməsi haqda məlumatı araşdırmaq məqsədilə Qobustan həbsxanası ilə əlaqə saxlayıblar:

"Biz ilkin araşdırma apardıq. Taleh Bağırovun cərimə təcridxanasına salındığını təsdiqlədilər. Səbəb kimi isə onun həbsxananın daxili intizam qaydalarını pozmasını göstərdilər. Amma işgəncə haqda deyilənləri təkzib ediblər. Gələn həftə daha ətraflı araşdırma aparacağıq".

Xatırlatma

“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfər Nardaran hadisələri ilə bağlı həbs ediliblər. Onları dövlət çevrilişinə cəhd və başqa ağır cinayətlərdə təqsirkar sayıblar.

Tale Bağırov 20 il həbs cəzası alıb. O ittihamları əsassız sayır.

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG