Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:12

Məmur arvadları da 'küçə təmizləməlidirlər'


Yolda çalışan qadınlar
Yolda çalışan qadınlar

Tacikistanda hökumət rəsmilərinin həyat yoldaşları onlara çox da xoş olmayan xəbər alıblar: xanımları könüllülük fəaliyyətinə qoşulmayan məmurlar problemlərlə üzləşəcəklər.

Xəbərdarlıq Dövlət Xidmət Agentliyinin rəhbərindən gəlib. Bu qurum dövlət qulluqçularının ölkə qanunlarına və peşəkar əxlaq kodeksinə əməl etməsinə nəzarətə cavabdehdir.

«Ərləriylə danışacağıq»

Qurumun rəhbəri Juma Davlat Düşənbədə media brifinqi zamanı deyib ki, agentliyə tez-tez hökumət rəsmilərinin xanımlarının məhəllələri təmizləmək, ictimai bağlarda ağac və gül əkmək kimi könüllü işlərdən yayınmasına dair şikayətlər daxil olur.

«Əgər biz məmurların xanımlarının belə tədbirlərə qoşulmaması barədə hər hansı şikayət alsaq, onların ərləri ilə danışacağıq. Əxlaq kodeksinə əməl etmək evin içindən başlamalıdır. Məmurların xanımları başqalarına yaxşı örnək olmaqdan ötrü könüllü icma işlərində iştirak etməlidirlər», – deyə o bildirib.

J.Davlat deyib ki, bu yaxınlarda yenilənmiş məcəllə indi dövlət qulluqçularının həm işdə, həm də işdən kənarda davranışını, cəmiyyətin nümayəndələri və hətta öz ailələri ilə davranışını nizamlayır:

«İndi biz məcəllənin iş yerindən kənarda pozulduğu halda da tədbir görə biləcəyik».

Dövlət qulluqçularının əxlaq məcəlləsində deyilir ki, məcəlləni pozan məmurlara qarşı intizam tədbirləri görüləcək. Davranışlarında cinayət tərkibi olanlarsa həm də qanun qarşısında məsuliyyət daşıyacaqlar.

Prezidentdən oğluna 5 məsləhət: Biznesmenlərlə yemək yemə...
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Tacikistandan olan bir hüquqşünas deyib ki, dövlət qulluqçularının əxlaq kodeksi qanun sayılır və agentliyin həqiqətən də onu pozanlara qarşı tədbir görməyə ixtiyarı var.

«Onlara aid edilə bilməz»

Düşənbədə fəaliyyət göstərən müxalif siyasətçi, hüquq elmləri namizədi Shokirjon Hakimov-un sözlərinə görə, müstəsna hallar xaric, bu məcəllə dövlət qulluqçularının həyat yoldaşlarına aid edilə bilməz.

«Məmurun həyat yoldaşının, ərinin rəsmi vəzifəsindən sui-istifadə halı ola bilər. Yaxud da hökumət qulluqçusu həyat yoldaşına daha üstün münasibət göstərilməsinə nail olmaq üçün öz mövqeyindən sui-istifadə edərək, məhəllə komitəsinə və ya sakinlər komitəsinə təzyiq göstərə bilər», – Hakimov deyir.

Bir neçə Düşənbə sakini AzadlıqRadiosunun tacik xidmətinə hökumət rəsmilərinin xanımlarının özlərini başqalarından üstün saydıqlarını deyib.

«Yüksəkvəzifəli məmurun arvadı olmaq çox zaman bir növ vəzifədir», – Düşənbə sakini Adiba Aziz deyir. Onun sözlərinə görə, məmur arvadları çox vaxt gözəllik salonlarından tutmuş, hökumət idarələrinə qədər hər yerdə özlərinə xüsusi qulluq tələb edirlər və bu qulluğu alırlar.

«Onları hamımız kimi küçələri təmizləyən görmək mümkün deyil», – başqa bir sakin deyir.

24 uşaq dünyaya gətirən ana yardım gözləyir
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

«Daha çox qonağımız olur»

Bir yüksəkvəzifəli məmur dövlət qulluqçularının ailə üzvlərinə xüsusi münasibət göstərildiyini etiraf edir.

Əri Düşənbənin rayonlarından birinin mer müavini olan Gulandom Nozimova özünün hər addımda hərəkətlərinin ərinin nüfuzuna təsiri haqda düşünməli olduğunu vurğulayır.

«Ərimin nüfuzuna xələl gətirəcək hər hansı hərəkət etmirəm. Dövlət rəsmisinin xanımı olmaq asan iş deyil. Hər zaman başqalarından daha çox qonağınız olur», – o deyir.

«Əriniz məşğuldur və qohumların bütün xeyir-şər işlərinə qatıla bilmir. Buna görə onun yerinə hər yerə siz getməli olursunuz. Heç kəsin xətrinə dəyməməyə çalışırsınız», – Nozimova deyir.

Məhəllədəki təmizlik işlərinə gəlincə, Nozimova belə könüllü icma işlərindən yayınmadığını söyləyir. «Ancaq bilmirəm, insanlar arxamca nə deyirlər», – o əlavə edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG