Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:01

Həkim və evdar xanımların orucluq məsləhətləri


Qırğızıstanda bazar
Qırğızıstanda bazar

Bu gün Tacikistan əhalisinin əksəriyyəti Ramazon (bu ölkədə Ramazan ayını belə adlandırırlar) orucu tutur.

Dindar müsəlmanlar sadə ehtiyaclardan imtinanın onlara imanlarının gücünü sərgiləmək imkanı verdiyini düşünürlər. Taciklərin bir çoxu isə aclığın təkcə ruh üçün yox, həm də sağlamlığa faydalı olduğunu düşünür.

Buna da bax:​ Yayda oruc tutanlara nə tövsiyə edilir?

HƏR ŞEYDƏ ORUC

"Oruc tuturuq. Bu, böyük, müqəddəs aydır. Orucu hər şeydə tutmaq lazımdır. Bu, təkcə qidadan imtina deyil, qeybətdən və ...cürbəcür pis şeylərə baxmaqdan da imtina deməkdir", – bir gənc Düşənbə sakini deyir.

"Çox faydalıdır. Orqanizmimizi təmizləyirik. Oruc tutmaq hamıya faydalıdır", – deyə başqa bir gənc onunla razılaşır.

"Orucluq vaxtı özümü çox yaxşı hiss edirəm. Orucluq xeyirdir", – daha bir şəhər sakini deyir.

Ramazan orucu hər gün 16 saat, gün çıxandan gün batanadək davam edir. Hazırda şəhərdə 37 dərəcə isti olmasına baxmayaraq, Düşənbə sakinləri şikayətlənmirlər. Ötən il Ramazan ayı daha isti keçmişdi. Ancaq yayın çox isti keçməsinə öyrəşmiş taciklər deyirlər ki, indiki hava ən komfortlu havadır.

Buna da bax:​ Ramazan ayında necə düzgün qidalanmalı?

Tacistanda Ramazan zamanı
Tacistanda Ramazan zamanı

ÜRƏK-DAMAR XƏSTƏLƏRİNƏ MƏSLƏHƏTLƏR

Tacikistan həkimləri müntəzəm oruc tutanlara məsləhətlərini verirlər. Onlar deyirlər ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər həm oruc tutanda, həm də iftar açanda daha çox maye qəbul etməlidirlər. Onlar günün altında az qalmalı, həkimlərin yazdığı dərmanları vaxtında qəbul etməlidirlər.

"Ürək-damar sisteminin problemlərindən əziyyət çəkən insanlara oruc tutmaq qəti qadağan edilməyib. Ancaq yay mövsümündə havanın yüksək temperaturu qanın qatılaşmasına yol aça bilər. Digər tərəfdən, oruc tutmaq çəkinin azalmasına və qanda xolesterinin miqdarının düşməsinə yol açır. Bu isə artıq çəkiylə bağlı ürək xəstəliklərindən əziyyət çəkən insanlara faydalıdır", – həkim-kardioloq Azam Tabarov deyir.

Buna da bax:​ Ramazanla bağlı doğru və yanlış bilinənlər

Kurbonoy Ahrorova beş oğlunu ailələri ilə birlikdə iftara gözləyir. O deyir ki, orucluqda düzgün qidalanmaq çox vacibdir. Onun sözlərinə görə, qızardılmış və yağlı qidalar rasiondan tamamilə çıxarılmalıdır. Bunun əvəzinə daha çox təzə və qurudulmuş meyvə və tərəvəz qəbul etmək, çay və evdə bişmiş kompot içmək lazımdır. Kurbonoy deyir ki, ərzaq hər gün az-az alınmalıdır ki, masanın üstündə həmişə təzə qida olsun.

MEYVƏ, KONFET YEMƏK

"Biz meyvə yeyirik. Meyvə orqanizmi təmizləyir və bərpa edir. Konfet yeyirik. Konfet şirin olduğuna görə beynin işinə yaxşı təsir edir, güc və enerji verir. Mütləq ərik qurusu yemək lazımdır – ürəyə faydalıdır. Təzə yaşıl çay da bədəni təmizləyir və sakitləşdirir", – Kurbonoy deyir.

Buna da bax:​ Əsl müsəlman necə olmalıdır?

Ramazanda Tacikistan bazarlarında bütün məhsullar bahalaşır. Paytaxt rəhbərliyi qiymət artımını önləməyə çalışır: bütün bazarların rəhbərliyinə göstəriş verilir ki, ən vacib ərzaqları qabaqcadan alıb yığsınlar. Bura un, yağ, yarmalar, şəkər və s. kimi 12 adda ərzaq daxildir. Orucluq müddətində Düşənbənin əsas bazarında satıcılar icarə haqqından azad ediliblər. Ancaq bütün bu tədbirlərə baxmayaraq, əsas sayılmayan məhsulların qiyməti orta hesabla 10-20% artıb.

Ramazan ayı iyunun 24-də Ramazan bayramı və ya Eyd-al-Fitrla sona çatacaq. Tacikistanda bu bayramı "İdi Ramazon" adlandırırlar. Həmin gün müsəlmanlar bayram namazı qılacaq, ən gözəl geyimlərini geyinib süfrələrini ənənəvi təamlarla bəzəyəcəklər. Bir-birinə qonaq gedib bayramlaşacaqlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG