Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:58

Ramazan ayında necə düzgün qidalanmalı?


Ramazan süfrəsi
Ramazan süfrəsi

Artıq üç ildir ki, şimal yarımkürəsində Ramazan ayı ilin ən qısa gecələri və ən uzun günlərinə düşür. Bu ilki yay gecə-gündüz bərabərliyi – iyunun 21-i Ramazan ayının 26-sına düşür.

Bu il Şimali Qafqazda oruc tutan müsəlmanlar orta hesabla gündə 17-18 saat ac qalmalı olacaqlar.

Bəzi müsəlmanların Ramazan ayında oruc tutmaqda məqsədi artıq çəkiylə mübarizədir. Bir çoxları əmindirlər ki, gün ərzində yeməkdən və içməkdən imtina arıqlamağa və orqanizmi təmizləməyə kömək edir. Ancaq hər şey bu qədər sadə deyil.

Buna da bax:​ QMİ Ramazan təqvimini açıqladı

Oruc tutanlar arasında müqəddəs ayı bədənində əlavə kilolarla, yorğun və gücsüz bitirənlərin sayı az deyil. Bu, əsasən onların düzgün qidalanmaması ilə bağlıdır.

Əsas problem həddindən çox yeməkdir. Gün batanadək dözmək, şər qarışan kimi masada olan hər şeyi yemək uzun müddət qidalanmayan orqanizmin stress reaksiyasıdır. İnsan təhtəlşüur səviyyəsində aclığın yenidən təkrarlanacağından qorxur, buna görə də "qara günə" ehtiyat toplamağa çalışır.

Mütəxəssislər bu effektdən yan keçmək üçün yüngül qidalanmağı və yağlı qidalardan az istifadəni məsləhət görürlər.

Buna da bax:​ Ramazanla bağlı doğru və yanlış bilinənlər

Ramazan Bayrami
Ramazan Bayrami

Xurmanın faydaları haqqında

Həkimlər Ramazanda meyvə, tərəvəz və dənli bitkilərdən daha çox istifadəni məsləhət görürlər. Ət də lazımdır, ancaq az miqdarda. Zülala olan tələbatı xurma, qoz-fındıq, göbələk və süd məhsullarının hesabına ödəmək olar.

Xurma şəfalı xüsusiyyətlərə malikdir. "Maudu" ("Mövzu") ərəb jurnalı yazır ki, xurma qan azlığını (anemiya) aradan qaldırır, qan dövranını yaxşılaşdırır, qanda şəkərin miqdarını tənzimləyir, əzələlərin möhkəmlənməsinə, orqanizmdən toksinlərin çıxmasına kömək edir, xolesterinin miqdarını azaldır, həzm sistemini və damağı sağaldır. Xurma əzməsi və xurma şirəsi öskürəyi aradan qaldırır. Bundan başqa, xurma ürəyi möhkəmləndirir və erkən qocalmanın qarşısını alır. Xurmadan həmçinin yaddaşı və beyin fəaliyyətini yaxşılaşdırmaqda istifadə etmək məsləhət görülür.

Buna da bax:​ Əsl müsəlman necə olmalıdır?

Xurmanın tumlarından göz üçün sürmə hazırlanır. Tumları sobada qaralana qədər bişirir, sonra üyüdürlər. Alınan sürmə kirpiklərin uzanmasına, görmənin yaxşılaşmasına kömək edir. Zeytun yağı ilə qarışdırıldıqda, xurma çəyirdəklərindən hazırlanmış bu toz saçları möhkəmləndirir və onların uzanmasına kömək edir. Anesteziya xüsusiyyətlərinə malik olduğundan xurma çəyirdəyindən həm də diş və damaq ağrıları zamanı istifadə edilir. Bu zaman onu xırda hissələrə bölərək ağrıyan yerlərə qoyurlar.

Xurma
Xurma

Baş ağrısı haqqında

Ramazanın əvvəlində oruc tutanların qarşılaşdıqları əsas problemlərdən biri güclü baş ağrılarıdır. Bu çox zaman kofein tərkibli içkilərdən qəfil imtinayla bağlı olur. Buna görə, orqanizmin kofeindən təmizlənməsindən ötrü hələ müqəddəs ayın gəlişinə qədər çay və qəhvədən imtina etmək məsləhət görülür.

Adi su susuzluğu ən yaxşı yatıran içkidir. Günün qaranlıq vaxtı daha çox su içmək məsləhət görülür. Gün ərzində isə suyu udmadan ağzı yaxalamaq da olar.

Buna da bax:​ Ramazan bayramında hansı diləklər səslənir? [Video]

Sübut olunub ki, gecə saatlarında çox qidalanmamaq mədə genəlməsindən yan keçməyə imkan verir. Bu isə o deməkdir ki, aclıq hissi daha az olacaq. Bir qayda olaraq, günün ortasında insan son dərəcə güclü aclıq hiss edir. İnsan həmin bu bir neçə ağır dəqiqəni dözəndən sonra gün batana qədər gözləmək daha asan olur.

İnsan həqiqətən ac olanda istənilən qida ona dadlı gəlir. Su isə ləl-cəvahiratdan da qiymətli görünür. Buna görə də, ramazan ayında oruc tutmağın verdiyi üstünlüklərdən biri insanın əlində olanları dəyərləndirməsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG