Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Tacikistan gömrüyünün sözçüsü öldürülüb


Hadisə yerindən videogörüntü
Hadisə yerindən videogörüntü

Tacikistan Gömrük Xidmətinin sözçüsü Fakhriddin Sobirov bu vəzifəyə təyin edildikdən bir neçə gün sonra hücum nəticəsində həlak olub.

AzadlıqRadiosunun Düşənbədəki müxbiri bildirir ki, Fakhriddin Sobirov oktyabrın 15-i paytaxtdakı Milli Tibb Mərkəzində vəfat edib.

Bir gün əvvəl mərkəzin həkimləri bildirmişdilər ki, Sobirov vəfat etməzdən əvvəl dörd saat ərzində əməliyyat edilib və vəziyyəti son dərəcə ağır olub.

Sobirov oktyabrın 13-də şəhər mərkəzində naməlum şəxslərin hücumuna məruz qalıb. Onun başına küt alətlə zərbələr vurulub.

Düşənbə şəhər polisi AzadlıqRadiosuna deyib ki, hadisə ilə bağlı araşdırma aparılır.

51 yaşlı Sobirov Gömrük Xidmətinin sözçüsü vəzifəsinə oktyabrın əvvəllərində təyin edilmişdi.

XS
SM
MD
LG