Keçid linkləri

2025, 15 Fevral, şənbə, Bakı vaxtı 05:55

Tacikistan ‘rus sonluqlu’ soyadlarını qadağan edir


Sovet vaxtı Imomali Sharipovich Rakhmonov olan hazırkı prezident 2007-ci ildən Emomali Rahmondur
Sovet vaxtı Imomali Sharipovich Rakhmonov olan hazırkı prezident 2007-ci ildən Emomali Rahmondur

Tacikistanda millət vəkilləri tacik millətindən olan şəxslərə yeni şəxsiyyət vəsiqələrinin və doğum şəhadətnamələrinin ruslaşdırılmış soyadları ilə verilməsini qadağan edən qanunu qəbul ediblər.

Ədliyyə naziri Muzaffar Ashuryon deyib ki, qanun layihəsi parlamentin aşağı palatası - Nümayəndələr Məclisi tərəfindən aprelin 29-da qəbul olunub və hökumət bununla da “milli adların bərpa olunmasına” dair dövlət proqramının icrasına başlayıb.

Qanun layihəsinə görə sovet dövründə doğulmuş və “ov”, “ova” rus sonluqlu soyadları daşıyan taciklərin övladlarına yeni sənədlər milli sonluqları olan soyadları ilə veriləcək.

Bu sonluqlar – “i”, “zod”, “zoda”, “iyon”, “far”, “duxt” və ya “pur” şəklindıə təsbit olunur.

Qanun layihəsində deyilir ki, sovet dövründən ruslaşdırılmış soyadlarına malik şəxslərin milli soyadlarına keçib-keçməməsi onların öz ixtiyarına buraxılır.

Bu qanun etnik tacik olmayanlara şamil edilmir.

Tövsiyə ilə alınmırdı

Artıq indiyədək bir çox dövlət və hökumət rəsmiləri öz soyadlarını “milliləşdiriblər”. Məsələn sovet vaxtı Imomali Sharipovich Rakhmonov olan hazırkı prezident 2007-ci ildən Emomali Rahmondur.

Hakimiyyət orqanları çoxdan bəridir ki, vətəndaşları soyadların milliləşdirilməsinə sövq etmək üçün müxtəlif sərəncam və prezident fərmanlarından istifadə etsələr də, proses kütləvi xarakter almırdı.

Bir çox taciklər isə Rusiyada daha rahatlıqla işləmək üçün ruslaşdırılmış soyadlarının saxlanmasına meyl göstərirdilər.

Hazırda yüzminlərlə tacik, özbək və qırğız Rusiyanın şəhər və qəsəbələrində işləyir.

Ölkənin milli gəlirinin böyük bir hissəsini onların evlərinə göndərdikləri pullar təşkil edir.

Bu miqrant işçilər Rusiyada iş icazələrinin və başqa sənədlərin müddətlərini müntəzəm qaydada uzatmalı olurlar.

Tacikistan soyadları haqqında qanun indi parlamentin yuxarı palatası – Milli Məclis tərəfindən qəbul olunmalı və prezident tərəfindən imzalanmalıdır.

XS
SM
MD
LG