Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

Tacikistan-Qırğızıstan sərhədində toqquşmalar olub


Qırğızıstan-Tacikistan sərhədi (foto arxivdəndir)
Qırğızıstan-Tacikistan sərhədi (foto arxivdəndir)

Rəsmilər bildirirlər ki, Qırğızıstan-Tacikistan sərhədində baş vermiş toqquşmalarda azı bir nəfər ölüb və bir neçə nəfər yaralanıb.

Tacikistandakı Vorux bələdiyyəsinin Tocikon ərazisinin icra başçısı Gafurjon Juraev AzadlıqRadiosuna deyib ki, iyulun 22-də baş vermiş toqquşmalar zamanı bir nəfər öldürülüb, 7 nəfər yaralanıb.

O deyib ki, qırğız kəndlilər zorakılıq vaxtı ov tüfənglərindən atəş açırdılar, taciklər isə daş atırdılar.

Gərginlik Tacikistana məxsus olan, amma Qırğızıstandakı Fərqanə vadisi ərazisində yerləşən Vorux eksklavında taciklər yol boyunca Tacikistan bayraqları düzəndə yüksəlib. Bu hadisə qırğız kəndliləri qəzəbləndirib.

Bu ərazini Tacikistanla birləşdirən yol hazırda qırğızlar tərəfindən kəsilib.

Əraziyə qoşun yeridildiyi və sakitliyin bərpa olunduğu xəbər verilir.

Qırğızıstanın Dövlət Sərhəd Xidməti insident zamanı 5 nəfərin xəsarət aldığını təsdiq edib.

Bu sərhədin hər iki tərəfində prezidentlərin gəlişi ərəfəsində dövlət bayraqları düzülür.

Bəzi dəqiqləşdirilməmiş məlumatlara görə Xoca Əlo kəndində də toqquşmalar olub.

Sovet İttifaqı 1991-ci ildə çökəndən bəri Mərkəzi Asiyada dövlətlərarası sərhədlərin bir çox sektorları mübahisəli olaraq qalır.

Fərqanə vadisində yerləşmiş çoxsaylı eksklavlar xüsusilə narahat ərazilərdir. Burada Tacikistan, Özbəkistan və Qırğızıstan həmsərhəddirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG