Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:22

Tacikistanda mini-yubkanı qadağan etdilər


Tacikistan - Tacik qadınlarının "geyim qaydaları"
Tacikistan - Tacik qadınlarının "geyim qaydaları"

Hökumət bunun adını "tövsiyə" qoyub.

Tacik qadınlara tövsiyə edilir ki, uzun yubka geysinlər.

Uzun deyəndə yubkanın dizdən 15-20 santimer aşağı olması nəzərdə tutulur.

Tacikistan hökuməti, daha dəqiqi Mədəniyyət Nazirliyi bununla bağlı ayrıca kitab çap edib.

Kitabda qız və qadınların necə geyinməli olduqları rəngbərəng şəkillər vasitəsilə izah edilir.

Hökumət Qərb geyimlərini qadağan etmir.

Amma "tövsiyə olunmayan" geyimlər siyahısına mini yubka, şəffaf koftalar, sinəsi açıq paltarlar, qarnın üstünü örtməyən geyimlər, qara rəngli don və baş örtükləri də düşüb.

Tacikistan - Tacik qadınlarının "geyim qaydaları"
Tacikistan - Tacik qadınlarının "geyim qaydaları"

Buna da bax: Tacik rəsmiləri: Seks səhnələri milli mentalitetə ziddir

Kitabda "parka gəzintiyə çıxan zaman ", "teatra gedəndə" geyinilməsi məqbul sayılan paltarlar da var.

Tövsiyələr dörd qrupa ayrılıb - ilin fəsilləri üzrə.

Evdar qadınlar üçün boğazı örtən geyimlərin eskizləri hazırlanıb.

Bu, "hicab taxmağı lüzumsuz edəcək".

Bundan başqa qadın geyimləri yaşa, ərli olub-olmamağa görə bölünür.

Ayrıca bölümdə "rəsmi geyimlər" yer alıb.

Bu, işə, rəsmi tədbirlərə, konsertlərə geyinilməli paltarlardır.

Tacikistan parlamentinin şağı palatası ötən ilin avqustunda "Milli adətlərin və geyimlərin nizamlanması" haqda qanun qəbul edib.

Həmin qanuna görə, vətəndaşlar milli paltar geyinməlidirlər.

Hökumət geyim qaydalarını həm də ona görə "nizamlamaq" istəyir ki, son illər ölkədə hicab geyən qadınların sayı artıb.

Digər tərəfdən Qərb üslubunda "açıq-saçıq" geyimlərin populyarlaşması da onları qane etmir.

‘Buna da bax: Prezidentə görə’ işdən qovulan rəqs müəllimi yerinə qaytarılıb

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG