Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 03:23

'Xaricə taxıl satan' Türkmənistanda ərzaq qıtlığı var


Aşqabadda dövlət mağazalarından biri
Aşqabadda dövlət mağazalarından biri

Yerli medianın yazdığına görə prezident Gurbanguly Berdymukhammedov Türkmənistanın taxıl ixracatçısına çevrildiyini qürurla bəyan edib. Lakin bu ölkədən alınan müstəqil xəbərlərə görə əhali ciddi ərzaq qıtlığı keçirir.

Berdymukhammedov 2019-cu ili “Türkmənistan - Firavanlığın Vətəni” ili elan etmişdi.

Türkmənistanın avtoritar lideri bunu da deyib ki, ölkədə ərzaq bolluğunun yaradılması üçün genişmiqyaslı tədbirlər keçirilir.

Lakin Berdymukhammedov bu ərzaq bolluğunun necə əldə olunacağının xırdalıqlarına varmayıb.

Mayın 16-da etdiyi çıxışında Berdymukhammedov vəd edib ki, kənd təsərrüfatı ölkənin ən gəlirli sahəsinə çevriləcək.

Bununla belə müstəqil mənbələr ölkədə ciddi ərzaq çatışmazılığının olduğunu, gündəlik tələbat mallarının bahalaşdığını xəbər verir.

AzadlıqRadiosunun Türkmən xidməti xəbər verir ki, hökumət ərzaq çatışmazlığı ilə əlaqədar çörəyi, unu, yağı, yumurta və başqa ərzağı norma ilə satan xüsusi mağazalar açıb.

Bu mağazaların qarşısında uzun növbələrin düzüldüyü deyilir.

Hökumət mağazalarında ərzağın qiymətinə nəzarət olunur. Hazırda belə mağazalarda unun 1 kilosu 30 sentədir (51 qəpik).

AzadlıqRadiosu xəbər verir ki, bu mağazalardan bir ailə bir ayda yalnız 50 kilo un ala bilər. Yerli sakinlərin dediyinə görə bu, ənənəvi türkmən ailəsinin ehtiyaclarını qarşılamaq üçün çox azdır.

Əhalisi 5, 6 milyon nəfər olan Türkmənistanda işsizlik geniş yayılıb və adi vətəndaşlar bahalığa görə bazarlardan ərzaq ala bilmirlər.

Burası da var ki, məsələn Marı vilayətinin hətta dövlət mağazalarında da ərzaq çatışmazlığı problemi var.

Bundan istifadə edənlər möhtəkirlər qonşu rayonlardan gətirdikləri taxılın 50 kiloluq kisəsini 200 (57 dollar) manata satırlar. Bu dövlət mağazalarındakı qiymətdən dörd dəfə çoxdur.

Türkmənistanın hakimiyyət orqanları ərzağın çatışmadığı barədə xəbərləri nə təkzib, nə də təsdiq edirlər.

Dövlətin nəzarətində olan media isə bu barədə ümumiyyətlə susur.

XS
SM
MD
LG