Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Türkmənistan prezidenti yenə imic dəyişir


Gurbanguly Berdymukhammedov

AzadlıqRadiosunun Türkmən xidməti yazır ki, prezident Gurbanguly Berdymukhammedov ictimaiyyət qarşısına yeni obrazda çıxıb.

O aprelin 25-də hökumət müşavirəsinə gözlərində optik eynəklə gəlib.

Bu da xəbər verilir ki, bunun ardınca ölkənin bütün dövlət mediası prezidentin gözlərində eynək olan şəkillərini dərc edib.

“Türkmənistan” və “Neytral Türkmənistan” qəzetlərinin 26 aprel sayındakı portretlərində prezidentin eynəyinin sağanağının qızıldan olduğu diqqəti cəlb edir.

Ümumiyyətlə, Türkimənistan prezidenti ictimaiyyət qarşısına hər dəfə yeni bir imicdə çıxmaq ənənəsinə malikdir.

O saç düzümünü, kostyumlarını, hətta göründüyü vəziyyət və məkanları da dəyişir. Amma xalq qarşısına eynəklə çıxdığı ilk dəfədir.

Ötən illərin təcrübəsi göstərir ki, hər dəfə dövlət başçısı imicini dəyişəndə bütün ölkə boyunca – dövlət idarələrindən tutmuş uşaq bağçalarınadək Berdymuhammedov-un bu müəssisələrin divarlarından asılmış portretləri də “təzələnir”.

Bunu da deyirlər ki, dövlət başçısının yeni portretlərinin xərcini adətən həmin idarələrin əməkdaşları çəkirlər.

Prezident Berdymukhammedov müxtəlif tədbirlərə gah idmançı, gah hərbçi formasında, gah da adi ev geyimində gəlir. Amma hər halda onu ən çox rəsmi geyimdə, yəni kostyum-qalstuklu görmək olar.

Dövlət və hökumət qulluqçuları isə yalnız rəsmi geyimdə görünə bilərlər.

Bəzi hallarda bu qaydaya istisna edilir. Məsələn, prezident idmanla məşğul olmağa gedəndə, onu müşayiət edən rəsmilərin hamısı eyni cür – yaşıl rəngli paltar geyinirlər. Prezidentin oğluna və nəvəsinə evin və ölkənin başçısı kimi geyinmək imtiyazı verilib.

Türkmənistanın bundan əvvəlki prezidenti də obrazını tez-tez dəyişən adam idi.

Saparmurat Niyazov hakimiyyətə gələndən sonra onun saçları getdikcə qaralmağa başlamışdı.

Lakin 1999-cu ildə Türkmənbaşının saçları sarı-qızılı rəng almağa başladı. Mərhum prezident bunu 1997-ci ildə ürəyində keçirilmiş əməliyyatdan sonra saçlarının töküldüyünə görə bir çinli loğmandan aldığı müalicə ilə izah edirdi. O deyirdi ki, məhz həmin çinlinin məlhəmlərindən sonra saçları sarışınlaşmağa başlayıb.

Gurbanguly Berdymuhammedov da 2007-ci ilin fevralında hakimiyyətə gələndə saçları çallaşmışdı. Amma sonradan dövlət başçısının saçı qaralmağa başladı. Nəhayət 2018-ci ildə o ictimaiyyət qarşısına çıxanda qara saçlarına çal tüklərin zolağı əlavə olunmuşdu.

Prezidentin xasiyyətinə yaxşı bələd olan türkmənlər bilirlər ki, amiranə eynəyin ardınca, nəsə daha bir imic də gələcək.

XS
SM
MD
LG