Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:40

Türkiyədə mənzil alan azərbaycanlıların sayı artır


Ramil Usubov işdən çıxarıldı, yeni təyinatlar var
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Ramil Usubov işdən çıxarıldı, yeni təyinatlar var

Türkiyə Statisika Komitəsinin yaydığı məlumata görə təkcə may ayında azərbaycanlılar bu ölkədə bir günə orta hesabla 3 mülk alıblar. 2019-cu ilin ilk 5 ayında azərbaycanılar Türkiyədə 466 əmlakın sahibi olublar.

Türkiyə Statisika Komitəsinin illər üzrə məlumatı göstərir ki, 2016-cı ildən bəri daşınmaz əmlak alanların sayı iki dəfə artıb.

Bəs, azərbaycanlıları Türkiyəyə cəlb edən nədir? Niyə Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq olduğu bir vaxtda, Türkiyə bazarına maraq artıb?

Müxalif Real Partiyasının icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli bunu iki səbəblə izah edir. Deyir ki, birincisi Türkiyənin milli valyutası lirə ucuzlaşır və buna görə də həmin ölkədə əmlak almaq sərfəlidir. İkincisi isə Türkiyədə insanlar üçün əlverişli şərait var:

“Türkiyədə çox aşağı və cəlbedici kredit şərtləri var. İnsanlar ilkin ödəniş etdikdən sonra hazır mənzil ala bilir və həmin mənzili asanlıqla kirayə verib, aylıq kreditlərini ödəyə bilirlər. Azərbaycanda isə belə cəlbedici şərtlər yoxdur, üstəlik qiymətlər də bahadır. İkinci bir səbəb isə Azərbaycanın gələcəyi ilə bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanın iqtisadi prespektivinə inam getdikcə azalır. Bu nöqteyi-nəzərdən Gürcüstanın və Türkiyənin cəlbediciliyi getdikcə daha da artır”.

Natiq Cəfərli düşünür ki, son illər Türkiyədə mənzil almağa çalışanlar daha çox orta təbəqədən olan insanlardır. Onun sözlərinə görə, paytaxt Bakıdakı qiymətlər Türkiyənin əsas turizm nöqtələri olan İstanbul, Antaliya, Alaniya, İzmir kimi bölgələrdə mülklərin qiyməti ilə hardasa eynidir. Buna görə də lirənin devalvasiyasından sonra Türkiyənin əmlak bazarına maraq artır.

Amma “Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyir ki, Azərbaycanın daşınmaz əmlak bazarı 4 il öncəki devalvasiyanın mənfi təsirlərindən hələ də çıxa bilməyib. 2017-ci ilin II yarısına qədər qiymətlər ucuzlaşmaqda davam etsə də alıcıların sayı əksinə azalıb.

Onun sözlərinə görə Azərbaycanda devalvasiyadan öncəki dövrlə müqayisədə əmlak alanların sayı kəskin azalıb. Lakin o bildirir ki, 2018-ci ildə daşınmaz əmlak bazarı sabit olsa da, 2019-cu ildə durum mənfiyə doğru dəyişə bilər:

“Düzdür, hələki qiymət azalması müşahidə olunmur. Amma bazara pul axının azalması, ipoteka kreditlərinin həcminin azalması, ümumilikdə bu sahəyə investisiya layihələrinin azalması mənfi təsirini göstərəcək”.

Azərbaycan hökuməti isə 2015-ci il böhranından uğurla keçdiyini, iqtisadiyyatın dirçəldiyini bəyan edir. Rəsmilər insanların mənzil problemini həll etmək məqsədilə aztəminalı ailələr üçün sosial evlərin satışına başladığını, ipoteka kreditlərinin həcmini 50 min manatdan 150 min manata qədər artıldığını bildirir.

Ramil Osmanlı isə deyir ki, Azərbaycanda İpoteka və Zəmanət Fondunun, ayrı-ayrı kommersiya banklarının verdiyi kreditlərin ümumi həcmi 400 milyon manatı belə keçmir. Bu da olduqca azdır, halbuki bu rəqəm 1 milyard manat civarında olmalı idi.

Müstəqil ekspertlər isə deyirlər ki, daşınmaz əmlak bazarındakı durğunluğu aradan qaldırmaq üçün ipoteka kredit şərtləri sadələşdirilməli, ölkə iqtisadiyyatında isə inhisar və özbaşnalıq kimi hallar aradan qaldırılmalıdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG