Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:58

'Türkiyədə mənzil alan Azərbaycan vətəndaşları artıb'-media icmalı


Türkiyədə yeni tikilən binaların modeli
Türkiyədə yeni tikilən binaların modeli

Azərbaycanda iqtisadi vəziyyət, Bakıda ardıcıl baş verən sürüşmə hallarının səbəbləri, Türkiyədə lirənin ucuzlaşmasından sonra Azərbaycan vətəndaşlarının bu ölkənin mənzil bazarına marağının artması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Türkiyənin mənzil bazarı

“Marja.az” saytında “Azərbaycanlılar Türkiyədə nənzil almağa “hücum edib”” sərlövhəli yazı oxumaq olar .

Yazıda bildirilir ki, türk lirəsinin dollar qarşısında ucuzlaşması fürsətindən faydalanmağa çalışan Azərbaycan vətəndaşları sentyabrda Türkiyədə mənzil alışını 2 dəfə artırıblar.

Müəllif Türkiyənin Statistika Komitəsinə istinadən vurğulayır ki, 2018-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 180 mənzil alıblar. Halbuki, 2017-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 72 mənzil almışdılar.

“Azərbaycanlılar Türkiyədə 2018-ci ilin avqust ayında 96 mənzil, iyul ayında isə 61 mənzil almışdılar. Sentyabrda avqust ilə müqayisədə alışların təxminən 2 dəfə artması Türkiyə lirəsinin ucuzlaşması ilə bağlıdır. 2018-ci ilin yanvar-sentyabr aylarında azərbaycanlılar Türkiyədə 763 mənzil alıblar. 2017-ci ilin 9 ayında bu say 511 mənzil idi. Azərbaycanlılar Türkiyədə 2016-da 610, 2017-ci ildə isə 942 mənzil alıblar”

Yazıda bildirilir ki, Azərbaycan vətəndaşları Türkiyədən ən çox mənzil alan xaricilər arasında 10-u yedədirlər.

“Sürüşmənin səbəbləri”

Bakının Bayıl yamacı 25 yanvar 2018
Bakının Bayıl yamacı 25 yanvar 2018

“Novoye Vremya” qəzetində “Sürüşmə Bakıya hücuma keçib” sərlövhəli yazı diqqət çəkir.

Yazıda vurğulanır ki, son günlər Bakıda sürüşmə hadisələri artmaqdadır. Müəllif bunların arasında xüsusilə oktyabrın 10-dan etibarən Badamdarda baş verən sürüşmənin və onun səbəbləri üzərində dayanır. Yazıda qeyd edilir ki, müxtəlif ranqlı rəsmi şəxslər, mütəxəssislər bu sürüşmələrə səbəb kimi insan amilini, texnogen prosesləri göstərirlər.

Müəllif isə əsas etibarı ilə şəhərsalma prinsiplərinə riayət olunmadığını düşünür.

Yazıda iddia olunur ki, Bakının mərkəzi hissəsi də daxil olmaqla bir çox yerlərində binalar yazılı icazə olmadan tikilir və burada rüşvət amili əsas rol oynayir:

“Baş Prokurorluq qanunsuz tikinti aparmağın yolverilməzliyindən danışır, amma belə icazəsiz tikintilərə icazə verənlərə qarşı tədbir görmür. Bu məsələdə həmişə olduğu kimi oliqraxlar və sahibkarlar kənarda qalırlar. Qanunsuz tikinti aparan şirkətlər isə məhz bu adamlara aiddir və bu heç kəsə sirr deyil”.

Müəllif Bakının dəniz sahilində yerləşdiyini, təpələrlə əhatələndiyini bildirərək vurğulayır ki, burada hundürmərtəbəli binaların dəniz sahilindən çox uzaqda tikilməsi prinsipinə riayət olunmalıdır. Amma yazıda qeyd edilir ki, sabibkarlar buna əməl etmirlər.

Müəllifi xatırladıb ki, belə tikintilər hələ başlayanda bir çox mütəxəssislər onun acı nəticələri barədə xəbərdarlıq edirdilər:

“Bu müddət ərzində 10-larla arxitektura abidəsi sıradan çıxarıldı, nə qədər ağaclar kəsildi. Amma məmurları ancaq pul maraqlandırırdı. Ən başlıcası bu aparılan tikintilərin demək olar ki, hamısı oliqarxlara aid idi”.

Yazıda qeyd edilir ki, Badamdar şossesində də tikintilər yerli relyef nəzərə alınmadan aparılıb, bunun nəticəsində su drenajlarının təbii axın yolları bağlanıb, qrunt suları üzə çıxıb.

Müəllif hesab edir ki, bu mənada Bakını xilas edə bilməkdən ötrü düşnülməmiş tikinti işi dayandırılmalıdır, əks halda paytaxtı yeni fəlakətlər gözləyir...

“ İqtisadi inkişaf”

İlham Əliyev Bakıda yeni müəssisənin açlışında - 22 may 2018
İlham Əliyev Bakıda yeni müəssisənin açlışında - 22 may 2018

“ Xalq qəzeti”ndə isə “Azərbaycanın iqtisadi göstəricilərinin yüksəlməsi böyük iradənin nəticəsidir” sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycan iqtisadiyyatının rəqabətədavamlılığının artırılması, şaxələndirilməsi və neft amilindən asılılığının aradan qaldırılması məqsədilə həyata keçirilən islahatlar artıq bəhrəsini verməkdədir:

“Daha dayanıqlı inkişafa nail olmaq üçün Ölkə başçısı tərəfindən üç dövrü əhatə edən "Strateji Yol Xəritəsi" təsdiqləndi. Kiçik və orta biznesin inkişafı üçün münbit şərait yaradıldı. Ölkəmizdə müasir sənayeləşmə prosesi genişləndi və əhalinin yeni iş yerləri əldə etməsi üçün imkanlar yaradıldı. Struktur, institusional, pul-kredit, maliyyə və digər istiqamətlərdə dərin islahatlar həyata keçirildi...”

Müəllifin iddasına görə, artıq ölkə iqtisadiyyatının şaxələndirilməsi prosesi başa çatıb.Yazıda vurğulanır ki, iqtisadi islahatlar nəticə verməkdədir:

“Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan faktiki olaraq müharibə şəraitində yaşayır və milli gəlirlərimizin əhəmiyyətli hissəsi hərbi sənaye kompleksinin genişlənməsinə, ölkənin müdafiə qüdrətinin yüksəldilməsinə, doğma yurd-yuvalarından didərgin düşmüş həssas bir təbəqənin sosial şəraitinin yaxşılaşdırılmasına yönləndirilir”.

Müəllifin fikrincə, çox qısa bir müddətdə aparılmış səmərəli iqtisadi islahatlar sosialyönümlü təşəbbüslərin maliyyələşməsini daha da sürətləndirib:

“Nümunə olaraq artıq ən ucqar kəndlərə belə çəkilmiş müasir yol infrastruktur layihələrini, məktəb tikintilərini, müasir xəstəxana komplekslərini göstərmək olar”, deyə müəllif yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG