Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Türkiyə Rusiya vaksinini ala bilər


Ankara Türkiyədə Rusiyanın COVID-19 vaksininin III faza sınaqlarının keçirilməsinə dair Moskvanın müraciətinə baxır.

Reuters agentliyinin yazdığına görə bu barədə məlumat verən Türkiyə səhiyyə naziri Fahrettin Koca deyib ki, müraciətə gələn həftə baxılacaq.

Rusiya özünün istehsal etdiyi Sputnik V vaksinini dünyanın koronavirusa qarşı təsdiq edilmiş ilk vaksini elan edib.

Lakin dünya ekspertləri sınaq təcrübələri tam keçirilmədən istifadəyə buraxılmış bu vaksinə şübhə ilə yanaşırlar.

Cənub-şərqi Türkiyədə yerli səhiyyə başçıları ilə söhbətdən sonra Koca deyib ki, Türkiyədə Çinin və Pfizer şirkətinin PFE.N vaksininin III faza sınaqlarına artıq başlanıb.

O əlavə edib ki, Rusiya vaksini üçün də belə bir şəraitin yaradılması ricası nəzərdən keçirilir:

“Biz bu vaksinin III fazasının keçirilməsi üçün müraciət almışıq. Biz görürük ki, müraciət kafi qiymətləndirilə bilər. Vaksinin I və II fazasının sınaqları başa çatıb”.

Dünya ekspertləri Rusiya vaksininə inamsız yanaşırlar

Nazir bildirib ki, Türkiyənin vaksin ekspertləri bu məsələyə qarşıdan gələn günlərdə baxacaqlar:

“Ola bilsin ki, biz Rusiya vaksininin III fazasının keçirilməsinə gələn həftə icazə verək”.

Koca deyib ki, Türkiyənin özündə 13 müxtəlif vaksin üzərində iş davam edir, lakin onlardan yalnız biri I faza öncəsi mərhələni keçib.

Rusiya səhiyyə rəsmiləri Sputnik V vaksininin daxili istifadəsinə avqustun əvvəllərindən icazə veriblər.

Bu vaksin insanlar üzərində yalnız kiçik miqyasda sınaqdan keçirilib.

Sputnik V vaksini insanlara yoluxan Ad5 və Ad26 adenovirusları üzərində qurulub.

Bir sıra ekspertlər məhz bu səbədən də vaksinin az səmərəli olacağına inanırlar. Beləki, adenoviruslar insanlarda soyuqdəymə kimi hallar yaradır və ola bilsin ki, bir çox insanlar artıq bu virusların anticismlərinə malikdirlər.

Hazırda bu vaksin Rusiyada 40 min insan üzərində sınaqdan keçirilir.

Rusiya bildirir ki, ilin sonunadək bu vaksindən hər ay 1.5-2 milyon doza hazırlanacaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG