Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Azərbaycanda peyvəndə inam azalıb, səbəbi...


Arxiv fotosu
Arxiv fotosu

Siyasi qütbləşmə və onlayn dezinformasiya dünya üzrə vaksinasiya proqramlarına təhdid yaradır, ictimai inam sabit qalmır, ölkələr üzrə dəyişir. Bunu “Reuters” qlobal vaksinə inamla bağlı araşdırmaya əsasən yazır.

Araşdırma zamanı 2015-2019-cu illərdə 149 ölkədə vaksinə inam öyrənilib. Vaksinlərin təhlükəsizliyi ilə bağlı şübhələrin siyasi sabitsizlik və dini ekstremizmlə yanaşı artdığı üzə çıxıb.

“COVID-19 pandemiyası kimi yeni xəstəliklərin yaranması səbəbindən ictimai münasibəti daimi monitorinq etməyimiz vacibdir”, – London Gigiyena və Tropik Təbabət Məktəbinin professoru Heidi Larson deyib.

Dəyişkən etimad

Onun sözlərinə görə, vaksinlər barədə qavrayış indi həmişəkindən daha dəyişkəndir. “Ümumilikdə, dünyada peyvəndlərə inam böyükdür. Amma bunu olduğu kimi qəbul etməyin. İnam artır və azalır, çox dəyişkəndir”, – professor sözlərinə əlavə edib.

Larsonun tədqiqatı “Lancet” dərgisində çap olunub, 2019-cu ildə 284 mindən çox yetkin yaşlıdan soruşublar ki, vaksinləri vacib, təhlükəsiz və effektli hesab edirlərmi.

Professorun fikrincə, hazırda dünyada dərman istehsalçıları və tədqiqatçılarının COVID-19 vaksini hazırlamağa can atdığı məqamda hökumətlər peyvəndlərə ictimai inamı ayıqlıqla dəyərləndirməli, narahatlıqlara dərhal cavab verməlidirlər.

“Vaksinin sürətlə hazırlanmasıyla bağlı xeyli narahatlıq var. İctimaiyyət sürətlə deyil, hərtərəfli, səmərəli və təhlükəsiz vaksinin əldə olunmasında maraqlıdır”, – o vurğulayıb.

Araşdırma onu da üzə çıxarıb ki, Avropada vaksinə inam dünyanın digər yerlərindən, məsələn, Afrikadan aşağıdır. Peyvəndlərin təhlükəsiz olması fikrilə Litvada respondentlərin 19, Finlandiyada isə 66 faizi razılaşıb.

İnamın artdığı və azaldığı ölkələr

2019-cu ildə İraq, Liberiya və Seneqalda respondentlərin böyük qismi vaksinlərin vacib olmasıyla razılaşıblar.

2015-ci ildən Fransa, İtaliya, İrlandiya və Britaniya daxil bəzi Avropa ölkələrində vaksinlərə ictimai inamın artdığı bildirilir.

Araşdırma nəticəsində 2015-ci ildən 6 ölkədə vaksinə inamın əhəmiyyətli dərəcədə azaldığı üzə çıxıb.

İndoneziya, Pakistan, Serbiya, Azərbaycan, Əfqanıstan və Nigeriyada vaksinlərin təhlükəsiz olmasıyla qətiyyən razılaşmayanların sayı xeyli artıb. Larson deyir ki, bu, həmin ölkələrdə siyasi sabitsizlik və dini ekstremizm cərəyanları ilə bağlıdır.

“Bəzi ölkələrdə münasibətdə qütbləşmə dərinləşir. Daha çox adam ya ‘qətiyyən razılaşmadığını’, ya da ‘tamamilə razılaşdığını’ deyir”, – professor qeyd edib.

İndoneziyada 2015-2019-cu illərdə peyvəndə ictimai inamda dünya üzrə ən böyük azalma qeydə alınıb. Bunun bir səbəbi ölkənin müsəlman liderlərinin qızılca, qulaqdibi, məxmərək peyvəndlərinə şübhəylə yanaşması, digəri isə yerli ara həkimlərinin vaksinlərə təbii alternativləri təbliğ etməsidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG