Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 01:12

Putin və Erdoğan Liviya böhranını çözə biləcəklərmi?


Vladimir Putin (sağda) və Recep Tayyip Erdoğan
Vladimir Putin (sağda) və Recep Tayyip Erdoğan

Rusiya xarici işlər naziri Sergei Lavrov deyib ki, Liviya münaqişəsinə dair Moskvada keçirilən danışıqlarda “müəyyən irəliləyiş” əldə olunub.

Lavrovun sözlərinə görə, bu görüşdə Rusiya və Türkiyənin xarici işlər nazilirlikləri, habelə Liviya münaqişəsinin tərəfləri bu ölkədəki vəziyyətin tənzimlənməsinə dair sənədi müzakirə edirdilər.

Rusiya nazirinin dediyinə görə, Liviyanın beynəlxalq birlik tərəfindən tanınmış milli barışıq hökumətinin başçısı Faiz Saraj və ölkənin şərqindəki parlamentin nümayəndəsi tənzimləməyə dair sənədi imzalasalar da, qiyamçı Liviya Milli Ordusunun komandanı Khalifa Haftar bu sənədə qol çəkməkdən imtina edib. Onun yanvarın 14-ü səhərədək “vaxt istədiyi” bildirilir.

Bundan əvvəl yanvarın 13-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan demişdi ki, Moskvada Liviya tərəfləri arasında aparılan danışıqlar pozitiv axarda davam edir.

O vurğulamışdı ki, Ankara yanvarın 12-də razılaşdırılmış barışıq sazişinin davamlılığı üçün əlindən gələni edəcək.

Reuters agentliyi xəbər vermişdi ki, Liviyada qarşı duran tərəflərin liderləri görüşüblər. Lakin sonradan bu məlumat təsdiqini tapmamamışdı.

Belə görünürdü ki, Moskvada görüşənlər tərəflərin liderləri yox, nümayəndələri idi.

Türkiyə və Rusiya Liviyada qarşı duran tərəflərin sülh sazişi imzalamasına çalışırlar. Bu sənəd Liviyada 9 aydır ki, davam edən vətəndaş münaqişəsinə son qoymalıdır.

Bundan başqa Erdoğan yanvarın 13-də Ankarada İtaliyanın baş naziri Giuseppe Conte ilə danışıqlar aparıb.

Türkiyə prezidenti bildirib ki, o Liviyadakı vəziyyətin müzakirə olunacağı Berlin sammitində iştirak etmək niyyətindədir.

Reuters xəbər verir ki, yanvarın 19-da Almaniya paytaxtında Putin, Erdoğan və Conte görüşməlidirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG