Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:04

Liviyalı general Rusiya ilə Türkiyənin atəşkəs təklifini rədd edib


Liviyalı gereal Khalifa Haftar, 29 noyabr, 2016 Moskva
Liviyalı gereal Khalifa Haftar, 29 noyabr, 2016 Moskva

Liviyalı general Khalifa Haftar-ın rəhbərlik etdiyi Liviya milli ordusu Rusiya ilə Türkiyənin atəşkəs təklifini rədd edib.

Moskva ilə Ankara bu günlərdə yanvarın 12-də Liviyada münaqişə tərəflərinə atəşkəs elan edilməyi təklif eləmişdilər.

Liviya Milli Ordusu-nun yaydığı bəyanatda deyilir ki, onlar Rusiya prezidenti Vladimir Putinin Liviyada sabitliyə nail olmaq təşəbbüsünü alqışlayır, amma paytaxt “Tripolini tutmuş terrorçu qruplara” qarşı mübarizəni davam etdirmək firkrindədir.

Bəyanatda bildirilir ki, Liviyada sabitlik, yalnız Haftarın ordusu ilə vuruşan qüvvələrin tərksilah edilməsindən sonra mümkündür.

Liviyada beynəlxalq aləm tərəfindən tanınan milli hokumət isə istənilən etibarlı atəşkəs təklifinə baxmağa hazır olduğunu bəyan edib.

Amma hökumətin nümayəndəsi “Bloomberg” agentliyinə bildirib ki, Tripolinin müdafiə olunmaq üçün hərbi alyansa girmək hüququ var.

Qeyd edək ki, Türkiyə bundan əvvəl Tripoli hökumətinə hərbi yardım etməyə hazır olduğunu bəyan edib.

Hazırda Liviyada vətəndaş müharibəsi gedir.

General Haftar 2019-cu ildə Tripolinin mühasirəyə alındığını bəyan edib.

Kütləvi informasiya vasitələri dəfələrlə onun moskvapərəst olması barədə məlumatlar yayıblar.

Amma Rusiya hakimiyyəti bunu rəsmi şəkildə təsdiqləməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG