Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Ankara suriyalı hərbi əsirləri qaytarmaq üçün Moskva ilə danışıqlardadır


Hulusi Akar
Hulusi Akar

Türkiyənin müdafiə naziri Hulusi Akar oktyabrın 31-də bildirib ki, Ankara 18 əsirin Suriya tərəfinə verilməsi ilə bağlı Moskva ilə danışıqlar aparır. Bu əsirlərin Suriya hökumət qoşunlarının əsgərləri olduğu ehtimal edilir.

Akarın sözlərinə görə, sözü gedən əsgərlər Türkiyənin Suriyaya müdaxiləsinin episentrindəki Ras əl-Ayn şəhəri yaxınlığında əsir düşüblər.

Bu müdaxilənin əsnasında daha sonra Türkiyə ABŞ və Rusiyanın vasitəçiliyi ilə iki atəşkəs elan etmişdi.

Bu atəşkəs razılaşmalarına görə kürd silahlı qüvvələri Türkiyə sərhədindən 30 kilometr aralıya çəkilməli idilər.

Kürd qüvvələrinin tərk etdiyi ərazilər Suriya hökumət qoşunlarının nəzarətinə keçirdi.

Türkiyənin bu razılaşmadan məqsədi Suriyanın şimalında “təhlükəsiz zona” yaratmaq və ora hazırda Türkiyədə olan 3. 5 milyon Suriya qaçqınının bir hissəsini yerləşdirməkdir.

Bu arada BMT-nin baş katibi Antonio Guterres oktyabrın 31-də atəşin kəsilməsi ilə nəticələnmiş danışıqları alqışlayıb.

O ümid etdiyini bildirib ki, oktyabrın 30-da BMT-nin himayəsi altında ilk iclasını keçirmiş Konstitusiya Komitəsi “Suriya xalqının həyatında baş vermiş faciəli fəsilə son qoyacaq və münaqişənin siyasi yollarla həllində ilk addım olacaq”.

Ankara Suriyada fəaliyyət göstərən kürd xalq müdafiə qüvvələri - YPG-ni terrorçu təşkilat hesab edir. Ankara israr edir ki, YPG Türkiyədə terrorçu elan edilmiş Kürdüstan İşçi Partiyasının (PKK) qollarından biridir.

Noyabrın 1-də Türkiyə-Suriya sərhədində Türkiyə və Suriya silahlı qüvvələrinin patrul keşiyinə başlayacağı gözlənilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG