Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:15

Rusiya kürd qüvvələrinin Türkiyə-Suriya sərhədini tərk etdiyini deyir


Sergei Shoigu
Sergei Shoigu

Rusiya bəyan edib ki, Suriyanın şimal-şərqindəki kürd döyüşçülər Ankara və Moskva arasında əldə edilmiş razılaşmaya uyğun olaraq Türkiyə sərhədi boyunca ərazilərin tərk edilməsini başa çatdırıblar.

Rusiyanın müdafiə naziri Sergei Shoigu deyib ki, Rusiya və Suriya qoşunları kürdlərin tərk etdiyi həmsərhəd bölgəyə daxil olub.

Nazir əlavə edib ki, kürd qüvvələrinin bu ərazidən çıxışı bunun üçün qoyulmuş vaxtdan tez baş verib.

Moskva-Ankara razılaşmasına görə kürdlərin bu ərazidən çıxması üçün oktyabrın 29-da saat 15-dək (Bakı vaxtı ilə 19:00) vaxt qoyulmuşdu.

Rusiya Müdafiə Nazirliyinin Suriya ilə məşğul vəzifəli rəsmiləri bildiriblər ki, 34 min kürd döyüşçü “təhlükəsizlik zonasını” silah və avadanlıqları ilə birlikdə tərk edib.

General-mayor Yuri Borenkov bunu da əlavə edib ki, prezident Bashar al-Assadın qüvvələri Türkiyə-Suriya sərhədi boyunca 84 post qurub.

Bu arada Türkiyə prezidenti Recep Tayyip Erdoğan televiziya ilə çıxışında deyib ki, “Rusiya Türkiyənin səlahiyyətli orqanlarını kürdlərin bölgədən tam çıxması barədə xəbərdar edib”.

***

Bundan əvvəl Türkiyə kürd silahlı birləşmələrinin sərhəddən tam çəkilmədiyini bildirmişdi.

Xəbər verilirdi ki, kürdlərin YPG qruplaşması Suriyanın şimal-şərqində çıxmalı olduğu ərazidən tam çıxmayıb. Bunu Türkiyənin Müdafiə naziri bu gün – oktyabrın 29-da deyib. Silahlı birləşmələrin ərazini tərk etməsi üçün qoyulmuş son tarixin bitməsinə isə bir neçə saat qalır.

Bir həftə öncə Türkiyə və Rusiya prezidentlərinin əldə etdiyi razılaşmaya görə, Suriya sərhədçiləri və Rusiya hərbi polisi YPG qüvvələrini və silahlarını bu gün yerli vaxtla axşam 6-dək Türkiyə-Suriya sərhədinin cənub hissəsinin 30 km-dən çıxarmalıdır.

Bundan sonra Rusiya və Türkiyə qüvvələri həmin ərazinin 10 kilometrliyini birgə qoruyacaq.

Rusiyanın Soçi şəhərində əldə olunmuş bu razılaşma ABŞ-ın vasitəçiliyi ilə elan edilmiş atəşkəsi gücləndirib. Türkiyə Suriyanın şimal-şərqində YPG-yə qarşı “Bahar Pınarı” adlı əməliyyatını dayandırıb.

“Terrorçuluqla müharibə bitməyib”

“YPG-nin hələ də "Barış Pınarı" əməliyyatının keçirildiyi ərazidə qaldığı görünür”, – Türkiyənin Müdafiə naziri Hulusi Akar “Sabah” qəzetinə müsahibəsində deyib.

“Terrorçuluqla müharibə bitməyib. Bunun başa çatmayacağını bilirik”, – nazir sözlərinə əlavə edib.

Hazırda Rusiyanın nümayəndə heyəti Türkiyədədir, sərhəddə patrul xidməti, Suriyanın şimal-şərqində daha geniş təhlükəsizlik vəziyyətini müzakirə edir.

Akar sərhəd Menbic şəhərində minədək, Tel Rifatda isə daha min YPG döyüşçüsünün olduğunu bildirir. Bu iki şəhər Türkiyənin qurmaq istədiyi “təhlükəsiz zona”nın qərbində yerləşir, ancaq Suriya və Rusiya qüvvələrinin bu şəhərləri də YPG-dən təmizləməsi nəzərdə tutulub.

Prezident Recep Tayyip Erdogan deyib ki, Rusiya Soçi razılaşması öhdəliklərinə əməl edə bilməsə, sözügedən ərazinin YPG-dən təmizlənməsi ilə təkbaşına məşğul olacaq.

ABŞ Prezidenti Donald Trump oktyabrın 9-da Suriyanın şimal-şərqindən qüvvələri çıxardığını elan edəndən sonra Türkiyə kürd silahlı qüvvələrinə qarşı əməliyyata başlayıb.

Türkiyə Suriya kürdlərinin YPG xalq müdafiə qüvvələrini terrorçu təşkilat hesab edir. Tənqidçilər Trump-ın kürdlərlə müttəfiq ABŞ qüvvələrinin Suriyadan çıxarılması qərarını “xəyanət” adlandırıblar.

Kürdlər İslam Dövləti qruplaşmasına qarşı mübarizədə ABŞ-ın müttəfiqi olub, ancaq Ankara bildirir ki, onlar 1980-ci ildən bəri Türkiyəyə qarşı vuruşan kürd üsyançılarla bağlıdırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG