Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Trump Erdoğana Liviya ilə bağlı nə deyib?


Donald Trump (solda) və Recep Tayyip Erdoğan 2019-cu ilin G20 sammitində
Donald Trump (solda) və Recep Tayyip Erdoğan 2019-cu ilin G20 sammitində

ABŞ prezidenti Donald Trump yanvarın 2-də Türkiyə prezidenti Recep Tayyip Erdoğanla telefon söhbətində deyib ki, kənar ölkələr Liviyadakı vəziyyəti mürəkkəbləşdirir.

Trump-ın hansı “kənar ölkələri” nəzərdə tutduğu bəlli deyil və Ağ Ev bununla bağlı heç bir təfərrüat açıqlamayıb.

Bundan əvvəl, yanvarın 2-də Türkiyə parlamenti Liviyaya hərbi qüvvə göndərilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Hüriyyet qəzeti yazır ki, qanun layihəsinə uyğun olaraq Türkiyə hərbçiləri general Khalifa Haftarın qüvvələrinə qarşı çıxış edə bilərlər.

Bu da xatırladalır ki, Rusiya bu münaqişədə Haftarı dəstəkləyir və rusiyalı muzdlular onun qoşunları ilə çiyin-çiyinə Tripoli hökumətinə qarşı döyüşür.

Qanun layihəsi parlamentə dekabrın 30-da hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən təqdim olunmuşdu.

Türkiyənin “Sözcü” qəzetinin yazdığına görə ilkin mərhələdə Ankara Liviyaya hərbçiləri bu ölkənin BMT tərəfindən tanınmış hökumətinin əsgərlərinə təlim keçmək üçün göndərə bilər.

Bu da xəbər verilir ki, Türkiyə Liviyaya yaxın və orta radiuslu hava hücumundan müdafiə kompleksləri göndərmək niyyətindədir.

Bundan əvvəl Ankara və Tripoli arasında hərbi sahədə əməkdaşlığa dair iki razılaşma imzalanıb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan iddia edib ki, hazırda Liviyada Rusiyanın Vagner özəl hərbi şirkətinin iki mindən çox döyüşçüsü var.

Erdoğan bunu da deyib ki, Rusiya muzdlularının qiyamçı generala dəstək verməsini sakitcə seyr edə bilməyəcək.

Liviayda davam edən vətəndaş müharibəsində ölkənin beynəlxalq birlik tərəfindən tanınmış Tripoli hökuməti ilə Abdullah Abdurrahman at-Thani-nin Tobrukda mənzillənmiş müvəqqəti hökuməti qarşı-qarşıya dayanıblar.

General Haftar Tobruk hökumətinin tərəfində döyüşür. Ona Rusiya, Fransa, Misir və Birləşmiş Ərəb Əmirlikləri dəstək verirlər.

Reuters agentliyi bildirir ki, Türkiyə parlamentindəki səsvermədən dərhal sonra Misir Xarici İşlər Nazirliyi Ankaranın Liviyaya qoşun göndərmək niyyətini pisləyib.

Dekabrın sonlarında ABŞ mediası xəbər verirdi ki, Türkiyə Liviyaya İdlibdəki Suriya müxalifətinin döyüşçülərini göndərib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG