Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 13:51

Türkiyə miqrantları Avropaya zorla keçirmək istəyir?


Yunanıstan sərhədinə yollanan miqrantlar
Yunanıstan sərhədinə yollanan miqrantlar

Türkiyə bildirib ki, Yunanıstanla sərhəddən geri qaytarılan miqrantların qarşısını almaq üçün oraya xüsusi təyanatlılardan ibarət 1000 nəfərlik polis qüvvəsi göndərir.

BBC xəbər verir ki, hazırda Yunanıstan ərazisinə keçməyə can atan minlərlə qaçqın və miqrant Türkiyənin sərhədyanı bölgəsində ilişib qalıb.

Yunanıstan miqrantların ölkəyə daxil olmasının qarşısını gözyaşardıcı qazlar və səs qumbaraları ilə almağa çalışır.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib ki, əlavə polis qüvvəsi sərhəddəki Meric çayı (yunanlar bu çayı Evros adlandırırlar – red) hövzəsinə göndərilir.

Süleyman Soylu helikoperdən Türkiyə-Yunanıstan sərhədindəki miqrantları müşahidə edirs stationed at the Turkey-Greece border near Pazarkule, Edirne, March 5, 2020
Süleyman Soylu helikoperdən Türkiyə-Yunanıstan sərhədindəki miqrantları müşahidə edirs stationed at the Turkey-Greece border near Pazarkule, Edirne, March 5, 2020

Avropa İttifaqı Türkiyənin miqrantlarla bağlı hərəkətlərini qətiyyətlə pisləyib.

Yunanıstan hökuməti bildirir ki, ötən şənbədən bəri sərhədi qanunsuz keçməyə cəhd edən 34 min 778 miqrant geri oturdulub, 244 nəfər həbs edilib.

Sərhədi qanunsuz keçməyə çalışanların əksəriyyəti Ankaranın dediyi kimi suriyalılar yox, əfqanlar, pakistanlılar və qərbi afrikalılardır.

6.6 milyard avronun mübahisəsi

Üzv ölkələrin 27 xarici işlər nazirindən ibarət Avropa İttifaqı Şurası “Yunanıstanla tam həmrəyliyini” bildirib və Türkiyənin “siyasi məqsədlərlə miqrant təzyiqindən istifadə etmək siyasətini” pisləyib.

Bu barədə verilən bəyanatda deyilir ki, Avropa İttifaqının xarici sərhədlərində yaranmış vəziyyət “qeyri-məqbuldur”.

Şura Türkiyəni 2016-cı ildə Avropa İttifaqı ilə miqrantlara dair imzaladığı sazişə əməl etməyə çağırıb.

Avropa İttifaqı öz ərazisindəki miqrantların Avropaya axın etməməsinin təminatı müqabilində Türkiyəyə 6.6 milyard avro ayırmışdı.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, bu pullar Ankaraya çatmayıb.

Lakin Avropa İttifaqı bildirib ki, pullar Erdoğan hökumətinə yox, miqrantların ehtiyacları üçün qaçqın agentliklərinə verilib.

Maneçilik törətməmək, yoxsa fəal kömək?

Türkiyə bildirib ki, bundan sonra 2016-cı ilin sazişinə əməl etmək iqtidarında deyil və miqrantların Avropa ərazisinə keçməsinə maneçilik törətməyəcək.

Amma Ankaranın son qərarı göstərir ki, indi söhbət “maneçilik törətməməkdən” yox, Avropa İttifaqına qanunsuz keçmək istəyənlərə fəal köməkdən gedir.

Hazırda Türkiyə ərazisində 3.7 milyon Suriya qaçqını var. İdlib qəzasında yaranmış gətginliklə əlaqədar daha bir milyon suriyalı evlərindən didərgin düşüb.

Türkiyə miqrantların Avropaya buraxılmasına dair qərarı Suriyanın İdlib qəzasında 30-dan çox əsgərini itirdikdən sonra elan edib.

Ankara bildirib ki, Avropa İttifaqı Türkiyəyə onun şimali Suriyadakı kampaniyasında kömək etməyib.

Türkiyə İdlibdə qaçqınlar üçün bufer zonası yaratmağa çalışdığını deyirdi.

Rusiya Suriyanın haqlı olduğunu deyir

Lakin Assad rejiminin müttəfiqi olan Rusiya Suriyanın öz ərazisini azad etmək hüququna malik olduğunu bildirib.

Bu isə o deməkdir ki, Dəməşq Moskvanın köməyi ilə Türkiyənin dəstəklədiyi müxalifət qüvvələrini İdlib qəzasından çıxarmağa çalışır.

Lesbos adasındakı əfqan uşaqlar
Lesbos adasındakı əfqan uşaqlar

Bu arada Yunanıstan onun Lesbos adasında Türkiyədən qayıqlarda gəlmiş 20 min miqrantla bağlı tədbirlər görməyə çalışır.

Ankara Yunanıstan sərhədçilərini sərhədi keçməyə çalışan yüzlərlə miqranta qarşı zor tətbiq etməkdə günahlandırır.

BBC müxbiri bildirir ki, Yunanıstan Evros çayı boyunca sərhədi gücləndirib və indi burada hər bir neçə metrdən bir əsgər yerləşdirilib.

XS
SM
MD
LG