Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:10

Türkiyə Fransa və İtaliyanı ‘erməni soqırımını’ tanımalarına görə sərt tənqid edir


Fransa prezidenti Emmanuel Macron və birinci ledi Brigitte Macron Yerevandakı "Soyqırım qurbanları" abidəsini ziyarət edirlər (2018-ci il)
Fransa prezidenti Emmanuel Macron və birinci ledi Brigitte Macron Yerevandakı "Soyqırım qurbanları" abidəsini ziyarət edirlər (2018-ci il)

Aprelin 11-də Türkiyə Fransa və İtaliyanın 20-ci əsrin əvvəllərində baş vermiş erməni qətliamlarını rəsmən soyqırım kimi tanımaq niyyətini kəskin şəkildə pisləyib.

Fransa prezidenti Emmanuel Macron bu niyyəti barədə hələ aprelin 24-də - ermənilərin Osmanlı Türkiyəsində qətliam edilməsinin anım mərasimində bəyanat vermişdi, aprelin 10-da isə soyqırımı tanıyan sənədi rəsmən imzalayıb. Bu həm də Macron-un 2017-ci ildən bəri davam edən seçki kampaniyası ərzində verdiyi vədlərdən biri idi.

Türkiyənin Xarici İşlər Nazirliyi aprelin 11-də verdiyi bəyanatda bildirir ki, Macron bu vədi seçkidə erməni seçicilərin səslərini qazanmaq üçün vermişdi. Bəyanatda deyilir:

"Heç şübhəsizdir ki, Fransanın dost adlandırılması mümkün olmayan bu addımı onun Türkiyə ilə münasibətlərini neqativ şəkikldə təsirləndirəcəkdir”.

Təxminən 500 min etnik erməninin yaşadığı Fransa I Dünya Müharibəsi illərində erməni tərəfinin iddiasına görə 1, 5 milyon ermənin qətliamı və deportasiyası ilə bağlı soyqırımını hələ 2001-ci ildə rəsmən tanımışdı.

Türkiyə ermənilərin 1915-ci ildəki qırğınlarının əvvəlcədən planlaşdırılmış aksiya olmadığını, itkilərin sayının qat-qat az olduğunu və soyqırım olmadığını bildirir.

İndiyədək Almaniya da daxil 22 ölkə erməni qırğınlarını soyqırım kimi tanıyıb.

Bu arada, aprelin 10-da İtaliya parlamentinin aşağı palatası erməni soyqırımını rəsmən tanıyan qanunvericilik təşəbbüsünü qəbul edib.

Türkiyə XİN İtaliyanın addımını da kəskin pisləyib:

“Təəccüblü deyildir ki, bu təşəbbüsün layihəsi Türkiyə və İtaliyanın münasibətlərini korlamağa sadiq qalan Matteo Salvininin Lega (Nord) Partiyası tərəfindən tərtib edilib”.

XS
SM
MD
LG