Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Xocalıların su şikayəti


Arxiv foto

İyunun 13-də Goranboy rayonunun Böru kəndində məskunlaşan Xocalı rayonundan məcburi köçkünlərin yürüş etdikləri bildirilir.

Onların Goranboy rayonun ərazisindəki Xocalı ( Xocalı rayonunu 1992-ci ildə Ermənistan silahlı qüvvələri işğal edib-red) rayon İcra Hakimiyyətin binasınına yürüş etdikləri qeyd edilir.

“Belə olan halda biz kənddən çıxmaq istəyirik”

Şikayətçilərin “Turan” agentliyinə bildirməsinə görə, onlar artıq 11 ildir su problemindən əziyyət çəkirlər:

"Bu il istilər başlayan kimi ümumiyyətlə su yoxdur. Bundan əvvəl də gah verirdilər, gah kəsirdilər. Şikayətimizə baxan da yoxdur. Su pulunu ödədiyimizə baxmayaraq, kəndə su verilmir. Belə olan halda biz kənddən çıxmaq istəyirik, burada yaşamaq istəmirik. Xahiş edirik, cənab Prezident bizə kömək etsin".

Şikayətçilərin vurğulamasına görə, hadisə yerinə gələn polis əməkdaşları yürüşün dayandırmasını tələb etsələr də, onlar Xocalı Rayon İcra Hakimiyyətinin binasına çata biliblər.

Şikayətçilərin habelə verdiyi məlumata görə, onların qarşısına çıxan icra başçısının müavinlərindən biri bildirib ki, Böru kənd sakinlərin içməli su ilə problemləri yoxdur. Verilən məlumata görə, daha sonra onları qəbul edən icra başçısı problemlərini dinləyib, sonra onların həllinə yardım göstərəcəyini soyləyib.

Amma şikayətçilərin bu açıqlamasına, hələlik, Xocalı Rayon İcra Hakimiyyətindən ayrıca münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Xocalı şəhəri ( rayon) Dağlıq Qarabağ ərazisində yerləşir.

1992-ci ildə işğal edilib.O vaxtdan Xocalı rayonun sakinləri Azərbaycanın müxtəlif ərazisində köçkün kimi məskunlaşıblar.

Hazırda Xocalı Rayon İcra Hakimiyyəti Goranboy rayonunda yerləşir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG