Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:06

Şamaxı yolu dəyişməlidir?


İllüstrasiya
İllüstrasiya

►Geoloqa görə, çarə yolun istiqamətini dəyişməkdir

Bakı-Şamaxı yolunun sürüşmə baş verən hissəsində istiqamət dəyişdirilməlidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sözügedən yolun 106-cı kilometrliyində martın 26-da baş verən sürüşmənin səbəblərini şərh edərkən deyib.

Geoloq APA-ya bildirib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki ərazi qədim sürüşmə sahəsidir:

“Həmin hissədə sürüşmə daimi baş verir. O, yol bərpa olunsa belə, yenidən sürüşmə olacaq. Orada yolun istiqamətini dəyişmək lazımdır” - deyən Ə.Qaralov həmin hissənin sürüşmə risqli ərazilərin xəritəsinə daxil edildiyini bildirib.

Martın 26-da Bakı-Şamaxı yolunun 106-107-ci kilometrliyində torpaq layları uçaraq yola tökülüb, iri yarğanlar əmələ gəlib.

Bakı-Şamaxı yolu 2009-cu ilin sonunda yenidən istifadəyə verilib. Bu yolun yenidən inşasına 2008-ci ildə başlanmışdı.

__________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Layihənin podratçısı İtaliyanın “Todini” şirkəti olub. Magistralın 9-77-ci km-ləri əhatə edən birinci hissəsində işləri “Akkord”, 78-123-cü km-ləri əhatə edən ikinci hissəsində isə “Azərtikintiservis” şirkəti görüb.

Rəsmi qurumlar bu yolun inşasına həmin vaxt ilkin olaraq 78 milyon manat vəsait ayrıldığını bildirirdilər. Həmin vəsaitin 80 faizi Dünya Bankının, 20 faizi isə Azərbaycan hökumətinin payına düşürdü.

Azad İqtisadiyyata Yardım ictimai birliyinin araşdırmasında isə o yola bütünlükdə 200 milyon manat vəsait xərcləndiyi iddia olunurdu.

Buna da bax: İntiqam Əliyev 5 il şərti azadlığa buraxıldı...

İntiqam Əliyev 5 il şərti azadlığa buraxıldı...
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG