Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Sürüşmə aktivləşib


Torpaq sürüşməsi, arxiv foto
Torpaq sürüşməsi, arxiv foto

Badamdar sürüşmə sahəsində gərginlik davam edir.

Bau barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı Qərargahın bu gün, oktyabrın 21-i saat 12:00-a olan məlumatında bildirilir.

Buna da bax: 'Bəlkə yapon sürüşməni saxlayacaq?!..'

“Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda asılı vəziyyətdə qalan süxur kütləsinin yamac boyu hərəkəti müşahidə edilir. Sürüşmənin qaş hissəsində kəsilmiş yamacda yeraltı suların əlamətləri qeydə alınıb. Bu da sürüşmənin aktivliyinin göstəricisidir. Sürüşmənin sağ və sol hissəsindəki mövcud çatlarda qismən genişlənmə müsahidə edilib”, məlumatda yazılır.

Qərargahın məlumatında bununla belə vurğulanıb ki, sürüşmənin təsir dairəsində divarlarda quraşdırılmış mayaklarda dinamik dəyisiklik qeydə alınmayıb.

Xatırlatma

Badamdar, 20-ci Sahə adlı ərazidə ( bayıl qəsəbəsi) 2013-cü ildə də sürüşmə baş verib. Həmin vaxt ərazidə (kanalizasiya yoxdur) qrunt sularının çəkilməsindən ötrü 7 quyu qazılıb. Bu ərazidə son dönəmlər isə ilk torpaq sürüşməsi oktyabrın 10-da baş verib. Rəsmilər bildiriblər ki, oktyabrın 12-də axşam 11 evin sakini sürüşmə ərazisindən çıxarılıb, kommunal xidmətlər kəsilib.

Bundan başqa, son günlər Bayıl ərazisində başqa yerlərdə, Zığ qəsəbəsində və Bakının mərkəzində də sürüşmə halları baş verib.

XS
SM
MD
LG