Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:27

Putin ‘MDB üzrə köməkçisini’ vəzifəsindən azad edir


Vladimir Putin (sağda) və Vladislav Surkov
Vladimir Putin (sağda) və Vladislav Surkov

Rusiya prezidenti Vladimir Putin uzun müddət onun nüfuzlu müşaviri olmuş 55 yaşlı Vladislav Surkovu vəzifəsindən kənarlaşdırıb.

Bundan əvvəl Kremlin Ukrayna siyasətindəki dəyişikliyə görə Surkovun vəzifəsindən çıxarılacağına dair şayiələr dolaşırdı.

Surkovun vəzifəsindən azad edilməsinə dair fərman fevralın 18-də Kremlin internet saytında dərc olunub.

Surkovun əsas fəaliyyəti Kremlin keçmiş sovet respublikaları ilə bağlarını “tənzimləmək” idi.

Lakin Kreml bu ayın əvvəllərində bildirmişdi ki, Ukrayna ilə danışıqlarda Surkovun səlahiyyətləri qocaman rəsmi Dmitry Kozaka tapşırılıb.

Donbas düyünü

Bir çox şərhçilər bunu Moskvanın Kiyevə münasibətdə siyasətini dəyişməsi ilə bağlayırlar.

Bəzi məlumatlara görə, Ukrayna danışıqçıları Surkovla dil tapmaqda çətinlik çəkirdilər və bəzi təhlilçilər bunun sülh prosesinə mane olduğunu deyirdilər.

Siyasi şərhçi və Surkovun dostu Aleksei Chesnakov yanvarın 25-də demişdi ki, müşavir “Ukrayna siyasi kursunun dəyişməsi” ilə əlaqədar istefaya gedib.

O vaxt Putinin sözçüsü Dmitry Peskov demişdi ki, Surkovun istefası ilə bağlı heç bir fərman yoxdur və Kremlin Ukrayna siyasətində heç bir dəyişiklik baş verməyib.

Putin Surkovun istefa fərmanını verməzdən az əvvəl Donbasda rusiyayönlü separatçılarla Ukrayna qüvvələri arasında zorakı toqquşmalar baş verib.

Ukraynanın Müdafiə Nazirliyi fevralın 18-də bir Ukrayna hərbçisinin həlak olması və daha dörd əsgərin yaralanması barədə məlumat yayıb.

Çarın vəziri, həm də “boz kardinal”

Daha çox “boz kardinal” ayaması ilə tanınan Surkov Rusiyanın Ukrayna və keçmiş sovet məkanının başqa yerlərindəki hegemonluğunun memarı sayılırdı.

Rusiyanın siyasi leksikonuna “suveren demokratiya” və “idarə olunan demokratiya” terminlərini də Surkov gətirib.

“Rəngli inqilabların” qarşısının alınması üçün siyasi hakimiyyətə sədaqətli gənclərin qruplaşmalarından istifadə etmək də Surkovun ideyasıdır.

Surkov öz məqalələrində Putini əsasən üç liderlə - Çar III Ivan, I Pyotr və Leninlə müqayisə edirdi.

O yazırdı ki, Putinin siyasi irsi də Charles de Gaulle, Atatürk və Birləşmiş Ştatların Qurucu Ataları qədər uzun olacaq:

“Hələ bundan sonra uzun illər Rusiya Putin dövləti sayılacaq”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG