Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:50

Putinin idarəçilik forması ‘siyasi fənddir’ – Qərb mediası


Vladimir Putin (sağda) və Vladislav Surkov, arxiv fotosu
Vladimir Putin (sağda) və Vladislav Surkov, arxiv fotosu

Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında formalaşmış idarəçilik sistemi öyrəniləsi modeldir və “yaxşı işləyir”. Bunu Prezidentin köməkçisi Vladislav Surkov oktyabrın 14-də “Aktaulnyye Kommentariyi” xəbər saytına deyib.

Saytın naşiri Cari Siyasət Mərkəzi adlı özəl tədqiqat və konsaltinq şirkətidir. Saytda yeni yaradılmış “Putinizm” alt-kateqoriyası ilə bağlı Surkov-dan şərh istəyiblər.

Ukraynanın şərqindəki Donbas münaqişəsinə nəzarət etdiyi bildirilən Surkov sistemi “qlobal siyasi fənd, yaxşı işləyən idarəçilik metodu” adlandırıb.

İdarəçilik sisteminin necə işlədiyini öyrənmək “həmişə maraqlıdır, əgər görülən iş cəlbedicidirsə və təəssürat oyadırsa”, – o vurğulayıb.

Ancaq onu da əlavə edib ki, Putinizm termini “nə qədər paradoksal olsa da, bizə Qərbdən gəlir”. Surkov deyir ki, “dünyadan hər şey ideyadan başlayıb”.

“Demokratiya Jurnalı” Putinin idarəçiliyini “mühafizəkar, populist və şəxsiyyətə yönəlik avtokratiya forması” adlandırır, “status kvonu saxlamaq və sabitsizlikdən yayınmağa” fokuslandığını bildirir.

Dərginin yazmasına görə, Putinin idarəçilik sinifi hakim sistemi liberal demokratiyaya ali alternativ sayır.

“The Economist” dərgisi isə 2016-cı il 22-28 oktyabr sayında Rusiyayla bağlı xüsusi hesabatını “Putinizm” adlandırıb.

XS
SM
MD
LG