Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:07

Kataloniyanın separatçı lideri yeni referendumdan danışır


Barselonada yürüş, arxiv fotosu
Barselonada yürüş, arxiv fotosu

Kataloniyanın separatçı lideri “Reuters” agentliyinə deyib ki, müstəqilliklə bağlı yeni referendum qaçılmazdır. İspaniya Ali Məhkəməsi oktyabrın 14-də Kataloniya regional hökumətinin keçmiş lider müavini Oriol Junqueras-a 13 il həbs cəzası kəsib. O, agentliyin suallarına emaillə göndərdiyi cavabda yazır ki, özünə və daha səkkiz nəfərin separatçılıq ittihamıyla həbsə məhkum edilməsi onları daha güclü və qətiyyətli edir.

Bazar ertəsi məhkəmənin çıxardığı hökm regionda etirazlara səbəb olub.

“Bir şeydən əminəm ki, bu münaqişə seçki qutuları vasitəsilə həll olunmalıdır... əminik ki, gec, ya tez referendum qaçılmazdır, yoxsa vətəndaşların səsini necə təmin edə bilərik?” – o həbsxanadan yazır və əlavə edir ki, 2017-ci ildə referendum təşkil etdiyinə görə peşman deyil.

Barselonada toqquşmalar olub

Junqueras agentliyə deyir ki, o və digərləri Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklər. Hökmdən sonra müstəqillik hərəkatına mesajına gəlincə, Junqueras deyib:

“Davam edəcəyik və təslim olmayacağıq, çünki heç vaxt etməmişik və indi də etməyəcəyik. Məhbəs və sürgün bizi daha güclü, dərin demokratik inanclarımızın mümkünlüyünə daha da əmin edib”.

Junqueras cavablarını agentliyə bazar ertəsi onun işçiləri çatdırıb.

Məhkəmədə təqsirləndirilənlərin hamısı ən ağır – qiyam maddəsi üzrə bəraət alıb. Üç təqsirləndirilən yalnız itaətsizlikdə təqsirli bilinib və həbsə məhkum edilməyib.

Kataloniyanın müstəqillik mücadiləsi illərdir İspaniya üçün böyük problemdir və dünyanın diqqətini cəlb edib. Separatçı liderlər 2017-ci ildə məhkəmələrə meydan oxuyaraq müstəqilliklə bağlı referendum keçirib və qısa müddətə müstəqillik elan edib.

“The Associated Press” agentliyi bazar ertəsi Barselonada qəzəbli etirazçılarla polis arasında toqquşma yaşandığını yazır.

Polis əməkdaşları aeroporta yığışam minlərlə etirazçıya qarşı köpüklü güllə və dəyənəklərdən istifadə edib. Etirazçılar onlara əşya atmaqla, pəncərələrini sındırmaqla cavab veriblər.

75 nəfərin aldığı xəsarətlərdən müalicə olunduğu bildirilir. Josep Tarradellas Barcelona-El Prat Aeroportundan azı 108 uçuş təxirə salınıb.

XS
SM
MD
LG