Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Suriya düşərgələrində 575 tacik qadın və uşaq var


Əl-Hol üşərgəsindəki uşaqlardan biri
Əl-Hol üşərgəsindəki uşaqlardan biri

Tacikistan hökumətinə yaxın mənbələrdən daxil olan məlumatlara görə hazırda Suriyanın qaçqın düşərgələrində 575 tacik qadın və uşaq var.

Bunlar vaxtilə İslam Dövləti ekstremist təşkilatının sıralarına qoşulmuş döyüşçülərin ailə üzvləridir.

Tacikistan rəsmilərindən biri sentyabrın 12-də adının çəkilməməsi şərtilə AzadlıqRadiosuna deyib ki, taciklərin əksəriyyəti Suriyanın şimalındakı Əl-Hol qaçqın düşərgəsindədir.

Mənbə bildirib ki, düşərgədəkilərdən 90-nı qadınlar, 200-ü qızlar və 240-ı oğlanlardır. Bu uşaqlardan əksəriyyətinin yetimlər olduğu bildirilir.

Düşərgədəki taciklərin əksəriyyəti buraya 2019-cu ilin əvvəllərində Bağuzdan gətirilib.

Bağuz İŞİD-in Suriyadakı sonuncu istehkamı idi və kürd döyüşçülər tərəfindən mart ayında azad olunub.

BMT sentaybrın 11-də bildirib ki, Əl-Hol düşərgəsindəki vəziyyət dözülməzdir və buradakı 3500 uşaqdan əksəriyyətinin sənədləri yoxdur.

BMT nümayəndəsinin verdiyi məlumata görə düşərgədə hazırda 70 minədək insan saxlanır. Bunların əksəriyyəti qadınlar və uşaqlardır.

Təşkilatın nümayəndəsi Paulo Pinheiro bunu da bildirib ki, BMT-nin bir çox üzv ölkələri ekstremizimlə mümkün bağlarına görə, xüsusilə də 12-18 yaşları arasında olanları vətənə qaytarmaq istəmir.

Tacikistanın hakimiyyət orqanlarının təxminlərinə görə 2014-cü ildən başlayaraq İŞİD-ə qoşulmaq məqsədilə 2000 vətəndaş ölkəni tərk edib.

Tacikistan 2015-ci ildən ekstremist qruplaşmalarının keçmiş döyüşçülərinə və onların ailələrinə amnistiya verib.

Hökumət indiyədək İraqdan 80-dək uşağı vətənə qaytarıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG