Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, "İslam dövləti" qruplaşmasının Suriyanın Əl-Bukemal şəhəri yaxınlığındakı mövqelərinə zərbələr endirib.
Zərbələri Tu-22M3 bombardmançı təyyarələri endirib.
Bu şəhər qruplaşmanln Suriyadakı son iri dayaq məntəqəsidir.
Müdafiə Nazirliyi deyir ki, aviazərbələr nəticəsində terrorçuların canlı qüvvəsi və texnikası məhv edilib.
Rusiya ordusu Suriya silahlı qüvvələrinə dəstək verir.