Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:35

Moskva Suriya kürdlərinin müdafiəsinə qalxdı


Rusiya XİN-in binası
Rusiya XİN-in binası

Rusiya XİN Türkiyənin Suriyanın sərhəd bölgəsində hərbi əməliyyatlara başlaması ilə əlaqədar narahatlıq ifadə edib.

Nazirliyin bəyanatında deyilir ki, Moskva “münaqişə zonasında vəziyyətin daha da pisləşəcəyindən narahatdır”.

Rusiya XİN-in internet saytında Türkiyənin hücum əməliyyatı ilə bağlı şərhdə deyilir: “Moskvada Suriya-Türkiyə sərhədi rayonunda baş verənlərdən dərin narahatlıq hissi var. İlk növbədə həyəcanı artıran münaqişə zonasında vəziyyətin daha da pisləşə biləcəyi, əməliyyatların gedişində dinc əhali arasında mümkün qurbanlar və kürdlərlə ərəblər arasında etnik münasibətlərin gərginləşmə ehtimalıdır”.

Suriya hökuməti Türkiyə silahlı qüvvələrinin müdaxiləsinə etiraz bildirib
Suriya hökuməti Türkiyə silahlı qüvvələrinin müdaxiləsinə etiraz bildirib

Rusiya XİN bəyan edib ki, “Suriya münaqişəsi müstəsna olaraq beynəlxalq hüququn möhkəm əsası üzərində qurulan genuş ümumsuriya dialoqu” bazasında tənzimlənməlidir.

Moskva hesab edir ki, bu dialoqda bütün etnik-dini qruplar, o cümlədən kürdlər də iştirak etməlidirlər.

Rusiya bildirir ki, bunu 30 iyun 2012-ci il tarixli Cenevrə bəyannaməsi, BMT Təhlükəsızlik Şurasının 2254 nömrəli qətnaməsi və başqa beynəlxalq sənədlər tələb edir.

Türkiyə Suriyanın gələcəyinə dair danışıqlarda kürdlərin iştirakına qəti etiraz bildirib.

Suriya etiraz edir

Bundan əvvəl prezident Erdoğan Türkiyə silahlı qüvvələrinin Suriya ərazisinə daxil olmasından məqsədin “İslam Dövləti” döyüşçülərinə və Suriya kürd silahlılarına zərbə endirilməsi olduğunu bəyan etmişdi.

Biden və Yıldırım "kürd məsələsini" də müzakirə ediblər
Biden və Yıldırım "kürd məsələsini" də müzakirə ediblər

Öz növbəsində Suriya Türkiyənin müdaxiləsini Suriyanın suverenliyinin pozulması kimi qiymətləndirib.

Suriya XİN-in bəyanatında deyilir ki, Suriya ərazisində terrorizmlə bütün mübarizə tədbirləri Dəməşqlə razılaşdırılmalıdır.

Suriya bildirib ki, Türkiyə İslam Dövləti cihadçılarını “üsyançı” adlandırdığı başqa terrorçu qruplaşmalarla əvəzləməyə çalışır.

Xəbər verilir ki, ABŞ Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyatları dəstəkləyib.

Vise-prezident Joe Biden Türkiyə baş naziri Binali Yıldırımla söhbətində deyib ki, Ankara və Vaşinqton kürdlərin Fərat çayından qərb istiqamətində irəliləməsinin qarşısını almaq barədə razılığa gəliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG