Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 07:00

Suriyadakı hərbi əməliyyatlarda iki rus əsgəri həlak olub


Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə, iki Rus əsgəri Suriyada artilleriya atəşi nəticəsində ölüb, biri ağır yaralanıb.

Aprelin 11-də Müdafiə Nazirliyinin yaydığı bəyanatda hadisənin nə vaxt və harda baş verməsi açıqlanmır.

Müdafiə Nazirliyinin rəsmi açıqlamasına əsasən Suriyadakı əməliyyatlarda 29 rus hərbçisi həyatını itirib. Rəsmi məlumata görə daha bir hərbçi isə intihar edib.

Rusiya Suriyadakı 6 illik müharibədə Bashar al-Assad rejimini dəstəkləyir və 2015-ci ildə Suriyada hərbi əməliyyatlara qatılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG