Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:51

Suriyada savaşı başladan oğlan


Aljazeera-nın Mouawiya Syasneh haqqında çəkdiyi filmdən parça
Aljazeera-nın Mouawiya Syasneh haqqında çəkdiyi filmdən parça

Onun divara yazdığı şüardan qopan qığılcım savaş alovuna çevrildi

Deraada - oxuduğu məktəbin divarında hökumət əleyhinə şüarlar yazanda Mouawiya Syasneh-in 14 yaşı olardı. 2011-ci ilin fevralı idi və o ağlına da gətirməzdi ki, bu kiçicik əməli həmvətənlərini irimiqyaslı yurddaş savaşına ilhamlandıracaq.

Suriyada yarım milyondan çox insan öldürülüb. Mouawiya-nin döğma şəhəri küçə döyüşləri, atəş və bombardımanlar üzündən xarabaya çevrilib. Savaş bəlkə də heç vaxt sağalmayacaq yaralar açıb.

Azad Suriya Ordusunun döyüşçüləri, 15 oktyabr 2016
Azad Suriya Ordusunun döyüşçüləri, 15 oktyabr 2016

İndi Azad Suriya Ordusunda döyüşən Mouawiya deyir ki, yazdığı şüarların bu nəticələrə gətirəcəyini bilsəydi, heç vaxt ölkə prezidenti Bashar al-Assad-i qıcıqlandırmazdı. Adi yeniyetmə şuluqluğu onun həyatı yeniyetməlik alt-üst edib. O, atası da daxil, bir çox qohum və dostunu itirib. Suriya isə həmişəlik dəyişib.

Kinorejissor baxışı

Emmy Mükafatının qalibi, kinorejissor Jamie Doran Mouawiya haqqında çəkdiyi filmlə bağlı belə deyib:

Bu yaxınlarda Moskvada idim. Jurnalist kimi münasibətdə olduğum bir çox savadlı insana sadə bir sualla üz tutdum: “Suriya savaşı necə başlandı?”.Onların hamısı son zamanlar dövriyyəyə daha çox buraxılan, bəlli dairələrdə fakt kimi qəbul edilən “Bütün bunları başlayan terrorostlər idi” cavabını verdilər. İŞİD-in həmin vaxt mövcud omadığını və al-Nusra-nın bir neçə ay sonra gələcəyini, görünür, nəinki Moskva, dünya KİV-ləri də unudub.

Mən noutbukumu çıxarıb bizim “Al Jazeera” üçün sonuncu Suriya savaşını başladan oğlan haqqında filmimizin treylerini göstərəndə, onların gözlərində təəccüb, hətta sarsıntı gördüm. Hadisələrin necə başlanması haqqında ən kiçik təsəvvürləri də yox idi.

Onlar bu ölkədə hakimiyyətlə arasında fikir ayrılığı olanların evlərinə gizli polisin basqınlarından, işgəncələrdən, məhkəmədənkənar edamlardan, insanların qeybə çəkilməsindən- onillərboyu sürən belə olaylardan xəbərsiz olduqlarını iddia edirlər.

Bu ölkədə atalar qızlarını küçəyə tək buraxmazdılar. Qızlarını Shabiha-nın - hakim ailənin cəzasız fəaliyyət göstərən silahlı birləşmələriin zorlayıb-öldürəcəyindən qorxardılar.

Bashar al-Assad Fransa mediasına müsahibə verir, Dəməşq, 9 yanvar 2017
Bashar al-Assad Fransa mediasına müsahibə verir, Dəməşq, 9 yanvar 2017

Hadisələrin yeniyetmə məktəblilərin şuluqluğundan qaynaqlandığını insanlar bilmirdilər, bundan tam məlumatsız idilər. Söhbət bütün ölkəni alova bürüyəcək bir dəcəllikdən gedir.

Ötən ilin əvvəllərində mən Amman şəhərində liberal düşüncəli iordaniyalıların yığışdığı“Books@Cafe” adlı məkanda kameraman və kinorejissor Abo Bakr Al Haj Ali ilə oturmuşdum. Son illərdə inqilab beşiyi olan Deraa-nı medianınniyə unutduğunu danışırdıq.

Səbəblərdən biri iordaniyalıların Qərb jurnalistlərinə öz ərazilərindən keçərək oraya getməsinə icazə verməməsidir. Deraa İordaniya ilə sərhədə yaxın yerləşir. Yeganə yol Suriya hökumətinin nəzarətində olan ərazilərdən keçərək oraya daxil olmaqdır ki, bu da mənə cəlbedici görünmür. Heç onların mənə icazə verəcəkləri də inandırıcı gəlmir.

Ötən həftə sərhəddə iordaniyalı hərbçilərlə Deraa-ya keçmək barədə razılığa gəlmişdim. Alınsaydı, 3 il ərzində Suriyaya keçən ilk qərbli olacaqdım. Elə sərhədi keçhakeçdə məni nəzakətlə maşına oturdub, geriyə - Ammana yola saldılar.

Sonra öyrəndim ki, Britaniyanın xüsusi kəşfiyyatı qurumunun – “MI6”nın Ammandakı təmsilçisi İordaniya hökumətinə mənim sərhədi keşməməyimi məsləhət görüb. Hərçənd, mən İrlandiya pasportu ilə gedirdim.

Qayıdaq Books@Cafe-dakı söhbətə. Abo Bakr-la Deraada mənsiz filmi necə çəkməkdən danışırdıq. Bu, onun ərazisi, onun şəhəri idi.Beləliklə, “ən əvvəl orada kim vardı?”, - deyə soruşdum. “Mən komandir Marouf Abood-u tanıyıram. O, ilk olaraq, xalq nümayəndələrindən silahlı birləşmə təşkil edib. Bu, hökumət qüvvələrinin onun kəndinə hücumundan sonra baş verib”.“Maraqlıdır. Daha kim?”, - deyə soruşdum.

O, xeyli ad çəkdi, o komandir, bukomandir ...

“De, de, Bakr. Sən daha kimisə tanımalısan,yeni birisi də olmalıdır”, - mən dedim.

Və o, düşünüb bu sözləri dedi: “Öz məktəbinin divarında Assad əleyhinə yazılar yazan və savaşı başladan oğlan var”.

Bu, məni yerimdən tərpədən bir cavab oldu.

Suriya savaşını başladan oğlan! Siz bir düşünün, bu, İŞİD deyil, Al-Nusra və ya digər terrorçu qrup da deyil, bir itaətsizlik aktından söhbət gedir. Bir yeniyetmənin dikbaşlığından, üsyan anından!.. İstəsəniz, buna yarım milyon insanın ölümünə və ölkənin parçalanmasına aparan üsyanın başlanğıc nöqtəsi də demək olar.

Bu, əlbəttə, 14 yaşlı oğlanın və yeniyetmə dikbaşlığı anında ona qoşulan 3 dostunun günahı deyildi. Bu dikbaşlıq onların düşüncə sərhədlərini aşaraq böyük nəticələrə gətirib çıxaracaqdı. Ancaq polis onları tutub, ən dəhşətli işgəncələrə əl atanda, səbr kasası daşdı və geriyə dönüləcək yol qalmadı...

Suriyalı gənc müxalifətin bayrağı ilə, 23 dekabr 2013
Suriyalı gənc müxalifətin bayrağı ilə, 23 dekabr 2013

Valideynləri polis məntəqəsinə gəlib uşaqların buraxılması üçün yalvaranda, onlara belə deyildi:

“Bu uşaqları unudun, evinizə - arvadlarınızın yanına dönün və yenilərini törədin. Bunu da bacarmırsınızsa, arvadlarınızı gətirin, bu işi sizin əvəzinizə görərik”.

Qəzəb oyandı, nə oyandı!.. Fitil yandırılmışdı və polis etiraza çıxan nümayişçiləri öldürməyə başlayanda, silahlı dirəniş qaçılmaz oldu.

Şəxsən məndən ötrü bu film çəkdiyim filmlərinən gərəklisidir. Suriyada yurddaş savaşının gerçək qaynaqlarını dünya auditoriyasına xatırladan, hətta bəzi anlarda xəbərləyən film onu çəkən rejissora böyük şərəf gətirməzmi?!

Filmimiz hadisələrin başlanmasına birbaşa cəlb olunanlara düşünmək imkanı verir. Onların çoxu inqilab yolunda çox əzab çəkib və böyük qurbanlar verib. Üstəlik, elə bir inqilab yolunda ki,danışıqlar necə bitsə də, yarımçıq qalacaq.

Suriya savaşını başladan şagird - Mouawiya Syasneh indi cavan oğlandır. Bugünlərdə, Deraanın digər gəncləri kimi, o da çanta əvəzinə “Kalaşnikov”la gəzir. Beləcə, 2011-ci ilin fevralında başlanan bu hadisələrə görə,onun ailəsinin dəhşətli bədəl ödədiyi də ortaya çıxır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG