Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:28

Suriyadakı kürd qruplaşmaları “İslam dövləti” qrupunun üzərinə son hücma keçiblər


Suriya Demokratik Qüvvələri-nin üzvləri .21 may, 2018
Suriya Demokratik Qüvvələri-nin üzvləri .21 may, 2018

ABŞ-ın dəstəklədiyi “Suriya demokratik qüvvələri”nin silahlı birləşmələri fevralın 9-dan Suriyada “İslam dövləti” qrupunun nəzarətində olan son məntəqəyə hücma keçiblər.

Bu kolaisiya əsasn kürdlərdən ibarətdir. Qruplaşmanın nümayəndəsi Reutersə müsahibəsində, bunun Suriya ərazisində “İslam dövləti” qrupuna qarşı son hücum olduğunu deyib.

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi təyyarələri kürd birləşmələrini havadan dəstəkləyirlər.

Bu ərazi Suriyanın cənub-şərqində, Fərad çayının yaxınlığında və İraqla sərhəd bölgəsində yerləşir.

Son bir neçə gün ərzində ərazini 20 minədək dinc sakin tərk edib.

Hələ 2 il bundan əvvəl ölkənin cənub-şərqindəki bütün ərazilərə radikal islamçılar nəzarət edirdilər.

Amma hazırda bu ərazilərin böyük bir hissəsi Suriya ordusunun, bir hissəsi isə kürd qruplaşmalarının nəzarətindədir.

ABŞ prezidenti Donald Trump bu günlərdə bəyan etmişdi ki, gələn həftə Suriya ərazisi 100 faiz “İslam dövləti” qrupundan təmizlənəcək.

Trump bundan əvvəl ABŞ ordusunun Suriyadan çıxarılmasını göstəriş verib və bu qərar Konqresdə tənqidlə qarşılanıb.

Hərbçilər hesab edirlər ki, Suriyadan tələsik çıxmaq, “İslam dövləti” qrupunun Suriyada yenidən çəmləşməsinə səbəb ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG