Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:45

ABŞ koalisiyası Suriyanın yeni iddialarını rədd edib


Polkovnik John Dorrian
Polkovnik John Dorrian

AzadlıqRadiosu xəbər verir ki, Suriyada İslam Dövləti (İD) adlanan təşkilata qarşı döyüşən ABŞ koalisiyası, yüzlərlə insanın ölümünə səbəb olmuş kimyəvi hücum barədə Suriya hərbiyyəsinin iddialarını rədd edib.

Suriya komandanlığı bildirib ki, zəhərli qazın yayılmasına səbəb koalisiya qüvvələri tərəfindən endirilmiş zərbələr olub.

Suriya dövlət televiziyasının aprelin 13-də yaydığı bəyanatda deyilir ki, aprelin 12-də gecə Deyr əz-Zaur vilayətində endirilmiş zərbələr İD-ə məxsus anbarları vuraraq zəhərli maddələrin yayılmasına və “mülkilər də daxil yüzlərlə insanın” ölümünə səbəb olub.

ABŞ Hərbi Hava Qüvvələrinin polkovniki və koalisyanın sözçüsü John Dorrian deyib ki, “Suriyanın iddiası doğru deyil və çox güman niyyətli dezinformasiya xarakteri daşıyır”.

O bildirib ki, koalisiya qüvvələri sözü gedən ərazidə həmin vaxt heç bir hava zərbəsi endirməyib.

Rusiyanın Müdafiə Nazirliyi aprelin 13-də bildirib ki, koalisiyanın Deyr əz-Zaur üzərinə zərbələri nəticəsində itkilərin olduğu barədə heç bir informasiyası yoxdur. Nazirlik bildirib ki, ərazidəki vəziyyətin öyrənilməsi üçün ora dronlar göndəriləcək.

Bundan əvvəl, aprelin 4-də İdlib əyalətində 80 nəfər həlak olmuşdu. ABŞ və başqa hökumətlər bura prezident Bashar al-Assad hökuməti qüvvələrinin kimyəvi hücum etdiyini bildirmişdi.

Birləşmiş Ştatlar bu hücumun başlandığı deyilən hökumət hərbi-hava bazasına aprelin 7-də raket zərbələri endirmişdi.

Suriya hökuməti və Rusiya isə iddia edirdilər ki, zəhərli qaz, Suriya hökumət qüvvələrinin qiyamçıların kimyəvi qurğusuna zərbə endirməsi nəticəsində sızıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG