Keçid linkləri

2025, 22 Yanvar, çərşənbə, Bakı vaxtı 03:17

Suriya parlamenti ‘erməni soyqırımını’ tanıdı


Millət vəkilləri "soyqırım qətnaməsinə" səs verirlər
Millət vəkilləri "soyqırım qətnaməsinə" səs verirlər

Suriya parlamenti bildirir ki, bir əsr bundan əvvəl Osmanlı imperiyasında ermənilərin kütləvi öldürülməsini “soyqırım” kimi tanıyıb.

Bu xəbərdən az əvvəl Suriyanın şimalındakı İdlib qəzasında baş verən zorakılıqlara görə Dəməşq və Ankara arasında gərginlik yaşanmaqdaydı.

Fevralın 13-də Suriya Xalq Məclisinin üzvləri “20-ci əsrin əvvəllərində ermənilərə qarşı Osmanlı dövlətinin törətdiyi soyqırımı” tanıyan və qətiyyətlə pisləyən qətnaməyə yekdilliklə səs veriblər.

Suriya vətəndaş münaqişəsindən əvvəl Suriyada 100 min erməni yaşayırdı. Onlardan bir çoxu, o cümlədən Ermənistan Respublikasına qaçıb.

İki münasibət

Ermənistan və bir sıra tarixçilər iddia edirlər ki, I Dünya Müharibəsi zamanı Osmanlı imperiyasında yaşayan 1, 5 milyon erməni ya öldürülüb, ya da deportasiya edilib.

Onlar bu hadisələri “soyqırım” adlandırırlar.

NATO üzvü olan Türkiyə qətliam və deportasiyanın olması faktını qəbul etsə də, rəqəmlərin qat-qat şişirdildiyini bildirir.

Ankara deyir ki, erməni ölümləri sistemli siyasətin yox, bölgədəki hərbi əməliyyatların nəticəsində baş verib.

İndiyədək 23 ölkə ermənilərin Osmanlı imperiyasında baş vermiş qətllərini soyqırım kimi tanıyıb.

Ötən il ABŞ Konqresinin hər iki palatası da bu faciəni “soyqırım” adlandıran qətnamələri qəbul edib.

Türkiyə Suriyanın İdib əyalətinə ordu yeridir
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Son hadisələrlə bağlıdır

Şərhçilər bildirirlər ki, böyük bir ehtimalla Dəməşqin erməni soyqırım məsələsini indi qaldırması Türkiyə və Suriya arasında həftələrdir davam edən gərginliklə bağlıdır.

Suriya rejimi ölkənin şimalındakı İdlib qəzasını müxalifətdən və qiyamçılardan təmziləməyə çalışır.

Türkiyə bu qüvvələri himayə edir.

İdlibdə baş verən bombardman və toqquşmalarda son iki həftədə 14 Türkiyə hərbçisi öldürülüb.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan fevralın 12-də deyib ki, onun ölkəsi Suriya qüvvələrini İdlibdən çıxarmaq üçün əlindən gələni edəcək.

XS
SM
MD
LG