Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:56

Suriya erməniləri vətənə qayıdır


Suriyalı ermənilər Yerevana gəlir. 2012
Suriyalı ermənilər Yerevana gəlir. 2012

Suriyada 2011-ci ildə müharibə başlananda erməni azlığından olan varlı ailələrdən bəziləri Yerevana köçdü. Burada onlar bahalı mənzillər kirələdilər. Hökumət onlara bir məktəbdə yer ayırdı, qaçqına çevrilmiş suriyalı müəllimlər həmin varlıların uşaqlarına Suriya kurikulumuna uyğun dərs keçməyə başladılar. «The Economist» yazır ki, indi bu ailələr bir daha geri qayıtmaya da bilərlər.

BİR ƏSRLİK HEKAYƏT BİTİR

Suriyadakı altıillik vətəndaş müharibəsi 5 milyondan çox insanı qaçqına çevirib. 2015-16-cı illərdə yüz minlərlə suriyalı Balkanlardan keçərək Avropaya sığındı.

«Ancaq Suriyanın erməni azlığından çox az adam bu marşrutu seçdi. Onlar Ermənistana getdilər. Emiqrasiya nəticəsində əhalisi azalmış Ermənistan (1991-ci ildə bu ölkədə 3.6 milyon nəfər idi, indi 3 milyona düşüb) Suriya ermənilərini qarşılamaqdan məmnun idi. Onlardan çoxu təhsilli, orta sinif təmsilçisi və sahibkar idi», – məqalədə deyilir.

Müharibədən öncə Suriyada 90 min etnik erməni yaşayıb, 2/3-si Hələbdə idi. Çoxunun əcdadları buraya 1915-ci ildə köçmüşdü, Osmanlı dövrü qırğınlarından qaçıblar. Ancaq vətəndaş müharibəsi bir əsrlik hekayəti bitirmək üzrədir. 61 yaşlı Hrair Aguilan müharibədən öncə Hələbdə mebel fabrikinə sərmayə qoyub. Müharibə nəticəsində fabrik dağılıb. İndi o, Yerevanda yaşayır.

«Yüz il çəkdi, indi hər şey bitib. Yaxın Şərqdə xristianların gələcəyi yoxdur», – cənab Aguilan deyir.

Ermənilər Zəngilana köçürülür
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

30 MİNDƏN AZ ERMƏNİ QALIB

Məqalədə qeyd olunur ki, hazırda Suriyada 30 mindən də az erməni qalıb. Çoxu Livana, Kanadaya, Türkiyəyə, Körfəz ölkələrinə və digər yerlərə köçüb. Birinci varlılar köç edib. Digərləri müharibənin bitməsini gözləyiblər, hər şeyləri tükənəndən sonra çıxıblar. Onlar Ermənistana heç nəsiz gəliblər.

Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskanian da Hələbdə doğulubmuş. O deyir ki, qaçqınların çoxu kiçik biznesə başlayıblar. Suriyadakı erməni azlığı bacarıqlı peşəkarlar və ustalardan – zərgər, həkim, mühəndis və sahibkarlardan ibarət olub. Yerli ermənilərsə təzəgələnlərin açdığı restoranlara heyrandırlar. Axı, onlar özləriylə dadlı mətbəxi də gətiriblər, uzun müddət yerli mətbəxdə rus dadı, rus ədviyyatı üstünlük təşkil edib.

«Newsweek» yazır ki, qaçqınların, demək olar ki, hamısı Yerevanda məskunlaşıblar. Təxminən 30 ailə isə rəsmən Azərbaycanın tərkibində olan Dağlıq Qarabağa yerləşdirilib. Suriya ordusunda savaşmış bəzi gənclər cəbhə xəttinə gedib. Bir çox suriyalı erməni isə vətəndaşlıq üçün müraciət etməyə tələsmirlər, hərbi xidmətə də getməyə məcbur deyillər.

SURİYAYA QAYIDANLAR DA VAR

Vaxtilə Dəməşqdə tikinti şirkətini idarə etmiş Vasken Yacoubian indi qlobal xeyriyyə təşkilatı olan Ermənistan Baş Xeyriyyəçilik Birliyinin (AGBU) yerli filialına rəhbərlik edir. Onun sözlərinə görə, qaçqınlar hələ də Suriyaya gəlməkdədirlər. Bəziləri, mülkiyyəti olanlar geri də qayıdıb, mülklərini satmağa çalışırlar. Bəzi ermənilərsə düşünürlər ki, geri qayıtmağa borcludurlar: çünki diasporu qoruyub saxlamaq vacibdir.

Ancaq cənab V.Oskanian-ın fikrincə, Suriyaya qayıdanlar buradakı icmanın gələcəyini görmürlər. Suriyada ermənilər, əsasən, Bashar al-Assad rejimini dəstəkləyiblər. Çünki Assad onları müsəlman ekstremistlərin təqibindən qoruyub.

Di gəl, hökumət Suriya ərazisinin bir hissəsinə nəzarət edir və cənab Assad-ın taleyi də qeyri-müəyyəndir. Bu arada Ermənistanın Diaspora Nazirliyi də şansı taleyin ümidinə buraxmır. Suriyadan qaçqın axınının hazırlıqsız yaxaladığı nazirlik Livanda yeni münaqişə halına xüsusi plan hazırlayır, minlərlə livanlı erməninin qayıtmasına tədarük görür.

XS
SM
MD
LG