Suriya hərbiyyəsi bildirir ki, paytaxt Dəməşqdəki son anklavı İslam Dövləti ekstremist təşkilatının döyüşçülərindən geri alıb və beləliklə şəhər bütünlüklə hökumət qüvvələrinin nəzarətinə keçib.
Fələstin qaçqın düşərgəsi Yarmuk və yaxınlıqdakı Həcər əl-Əsvad rayonu mayın 21-də hökumət qoşunları tərəfindən tutulmazdan əvvəl bu ərazilər Assad qüvvələri tərəfindən intensiv bombardman edilib.
200 min Fələstin qaçqının yaşadığı bu bölgə hava və artilleriya zərbələri nəticəsində tamamilə dağıdılıb.
Suriya dövlət telekanalı yaxınlıqdakı binanın damına Suriya bayrağı bərkidən əsgərləri görüntüləyib.
Prezident Bashar al-Assad-ın paytaxtı tamamilə tutması ona müttəfiq birləşmlərin İsraillə sərhəd boyunca nəzarəti ələ almalarına yol açıb.
Suriya hökumət qüvvələrinin Dəməşqdə və onun ətrafında böyük əraziləri ələ keçirməsi İran tərəfindən dəstəklənən Livan Həməs qruplaşmasının və Rusiya aviasiyasının dəstəyi nəticəsində mümkün olub.
Birləşmiş Ştatlar, İsrail və bir sıra başqa ölkələrin çağırışlarına baxmayaraq İran rəsmiləri Tehrana müttəfiq qüvvələrin Suriyada qalacağını bildirirlər.
Rusiya prezidenti Vladimir Putin ötən həftə Soçidə Suriya prezidenti Assad-la görüşü zamanı demişdi ki, münaqişənin siyasi yolla həlli xarici ölkələrin öz qoşunlarını bu ölkədən çıxarmasına yol açacaq.
Putinin Suriyadakı xüsusi elçisi Aleksandr Lavrentyev daha sonra izah etmişdi ki, Rusiya lideri bu bəyanatı verərkən həm də İran qüvvələrini nəzərdə tutub.
Bu arada ABŞ dövlət katibi Mike Pompeo mayın 21-də “əgər Tehran siyasətini dəyişməzsə və Yaxın Şərq ölkələrinə müdaxiləsini dayandırmazsa”, İranı “öz tarixində ən güclü sanksiyalarla” hədələyib.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyi bildirmişdui ki, İran qüvvələri Suriyaya bu ölkənin rəhbərliyi tərəfindən dəvət edilib və burada rəsmi Dəməşqin istədiyi qədər qalacaq.