Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:09

Süni zəka oxuduqlarını insan qədər yaxşı anlaya bilirmi


Humanoid robot
Humanoid robot

Kompüterin məşhur «Jeopardy» oyununda intellektual oyun ustası olan insana qalib gəlməsindən 7 il keçib. O vaxtdan texnologiya şirkətləri öz maşınlarını daha da təkmilləşdiriblər. İndi maşınlar nəhəng biliyə və sualları daha tez cavablandırmaq qabiliyyətinə malikdir.

Ancaq süni zəkanın yaxın zamanda, məsələn, Lev Tolstoyun «Hərb və sülh» əsərini ədəbi təhlil edəcəyini gözləməyin.

«The Associated Press» agentliyi yazır ki, «Microsoft»un tədqiqat komandası və Çinin «Alibaba» texnologiya şirkəti bu ayın əvvəli daha bir mühüm mərhələni aşa bilib. Onların süni zəka sistemləri üzündən oxuyaraq anlama testində insanı qabaqlaya bilib. Maşınların yanlış cavablandırdığı sualların və testin özünün təhlili kompüter zəkasının sərhədlərini anlamağa kömək edib. Bu təhlil həm də kompüter zəkasının insan zəkası ilə müqayisəsinin çox çətin iş olduğunu ortaya qoyub.

Sadə mühakiməni belə anlamır

«Hələlik, kompüterlərin adi mətnləri üzündən oxuyaraq insan qədər yaxşı dərk etməsinə çox var», – «Microsoft»un baş texnologiya direktoru Kevin Scott özünün LinkedIn postunda yazıb.

***Buna da bax-Beyini daha yaxşı işlətməyin 7 yolu

Stenford Universitetində işlənib hazırlanmış testin nəticələri göstərib ki, ən azı, bəzi hallarda kompüterlər sürətli oxumada və suallara cavab verməkdə insanları ötüb keçə bilir. Ancaq kompüterlər əksər insanların buraxmayacağı səhvlərə yol verir. Məsələn, «Microsoft»un testindəki sualların birində maşın yeddinin dörddən böyük olduğunu anlamayıb.

«Burada çox sadə mühakiməyə ehtiyac var, ancaq maşın bunu anlamağa qadir deyil», – «Microsoft»un süni zəka bölməsindən Jianfeng Gao deyir.

Müstəqil qərar verə bilən robot
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

Maşının öyrənmə qabiliyyətinin insanınkı ilə qarşılaşdırılması yenilik deyil. Maşınların görüntünü tanımaqda insana üstün gəlməsi 2015-ci ilə, nitqi anlamaqda insanı geridə qoyması isə ötən ilə təsadüf edir. Ancaq maşınları çaşdırmaq hələ də çox asandır.

Kompüterlər şahmat, «Pac-Man» və «Go» strategiya oyununda da insanlara qalib gəlib.

***Buna da bax-NASA və Google-un süni zəka texnologiyası 'yeni dünyalar' kəşf edib

IBM kompüterinin 2011-ci ildə «Jeopardy» oyununu udmasından bəri texnologiya şirkətləri öz səylərini daha çox data ağırlıqlı üsullara yönəldiblər. Bu üsullar təkcə faktları tapmağa yox, həm də çoxcümləli mətnlərin mənasını dərk etməyə istiqamətlənib.

Anlamanın limiti

Digər testlər kimi, daha çox «Squad» kimi tanınan Stenford sualları cavablandırma data-seti (Stanford Question Answering Dataset) digər tədqiqat institutları və texnologiya şirkətlərini rəqabətə həvəsləndirib. Belə ki, Google, Facebook, Tencent, Samsung və Salesforce kimi şirkətlər də özlərini bu sahədə sınayırlar.

«Alimlər müsabiqələri sevir. Bütün bu şirkətlər və institutlar özlərinin süni zəka sahəsində liderliyini təmin etməyə çalışırlar», – testin hazırlanmasında iştirak edən Stenford Universitetinin doktorantura tələbəsi Pranav Rajpurkar deyir.

Texnologiya şirkətlərinin nəhəng həcmdə məlumatı toplayaraq rəqəmsallaşdırması, yeni alqoritmlər və daha güclü kompüterlər artıq yarım əsrə yaxındır ki, mövcud olan süni zəka sahəsinin inkişafına yeni təkan verib. Ancaq Braun Universitetinin kompüter elmləri professoru Michael Littman deyir ki, kompüterlərin oxuduqlarını həqiqətən dərk edə bilməsinə hələ çox var.

Kompüterlər statistik intuisiya sahəsində daha yaxşı inkişaf edir. Onlar, məsələn, mətni tez nəzərdən keçirib gərəkən məlumatı tapa bilir. Ancaq maşınlar hələ də insanlarda təbii qabiliyyət sayılan məntiqi mühakimə yürütməkdə çətinlik çəkir. Sual bilərəkdən çaşdırıcı tərtib ediləndə isə maşınlar tamamilə ümidsiz vəziyyətə düşür. Littman-ın sözlərinə görə, süni zəkanı ölçməyin geniş yayılmış üsullarından biri testi maşına öyrətməkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG