Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:23

NASA və Google-un süni zəka texnologiyası 'yeni dünyalar' kəşf edib


NASA-nın Kepler kainat gəmisi
NASA-nın Kepler kainat gəmisi

NASA-nın Kepler missiyasında iştirak edən alimlər uzaq ulduzun ətrafında dövrə vuran səkkiz planet aşkar ediblər. Bu, “öz günəşinin” ətrafında bizim Günəş sistemimizdəki sayda planet olan ilk belə sistemdir.

Yenicə aşkar edilmiş “dünya” Kepler 90 adlı ulduzun ətrafında dövrə vuran səkkiz planetdən ibarətdir. Bu ulduz Günəşdən böyük və daha istidir və Yerdən 2500 işıq ili məsafəsində olan Əjdaha (Draco) bürcündə yerləşir.

Bu ulduz və onun orbitində dövrə vuran planetlər ailəsi astronomlara əvvəllər də tanış idi. Bunları da elə Kepler kainat teleskopu aşkar etmişdi.

Amma alimlər bu dəfə həmin ulduzlar ailəsinin yeni üzvünü – daha bir planeti aşkar ediblər. Planetin kəşf edilməsində əsas rolu Google-un süni zəka texnologiyası oynayıb.

Kepler 90i adı verilmiş bu planet “Kepler günəşinin” ətrafında dövrə vuran planetlərin ən kiçiyidir. Məlum olan budur ki, onun səthi qayalıqlardan ibarətdir, planet Yerdən böyükdür və daha istidir, daha doğrusu 420 dərəcəsi ilə daha qızmardır.

NASA Astrofizika bölümünün rəhbəri Paul Hertz deyib ki, Kepler 90, planetlərinin əksəriyyəti məlum olmaqla bizim Günəş sistemimizə çox bənzəyir.

Kepler teleskopu başqa dünyaları aşkar etmək üçün onların ulduzun qarşısından keçməsini “güdür”. Teleskopun həssas sensorları ulduzun işığındakı kiçicik tutulmadan onun qarşısından indiyədək məlum olmayan planetin keçdiyini bilir.

Bu tutulma son dərəcə zəifdir. Təsəvvür edin ki, Yer boyda planet bu məsafədə olan ulduzun qarşısından keçərkən onun işığı yalnız 0, 01 faiz zəifləyir.

Kepler indiyədək 150 min ulduzu müşahidə edib. Teleskop bu müddətdə 4 mindən çox “planetliyə namizəd” tapıb. Bunlardan 2300-nün mövcudluğu isbat olunub. Astronommlar artıq şübhələnirlər ki, kainatdakı hər bir ulduzun ətrafında ən azı bir planet dövrə vurur.

Keplerin çox uğurlu layihə olmasına baxmayaraq, NASA alimləri bilirdilər ki, daha çox planet hələ də teleskopun “diqqətindən” yayınıb.

Yer və NASA-nın 2015-ci ildə aşkar etdiyi Kepler-452b planeti (sağda)
Yer və NASA-nın 2015-ci ildə aşkar etdiyi Kepler-452b planeti (sağda)

Məhz bu məqmda astronomların köməyinə Google şirkətinin süni zəka texnologiyası gəlib. Google-un tədqiqatçısı Christopher Shallue süni neyron şəbəkəsinə planetlərdən gələn siqnalları tanımağı öyrədib. Bu sünu neyron şəbəkəsi əvvəllər Keplerin nəzərindən qaçmış 670 ulduzu tanıya bilib.

Bundan sonra tədqiqatın diqqəti iki müxtəlif ulduzun ətrafında dövrə vuran iki yeni planetə yönəlib. Bunlardan biri Kepler 90i, digər dünya isə ulduzun orbitində 6-cı sırada olan Kepler 80g planetidir.

İndi alimlər Keplerin məlumat bazasında olan 150 min ulduzun ətrafındakı planetləri axtaracaqlar.

Bu ilin əvvəllərində Kepler alimləri 219 “planetliyə namizəd” tapdıqlarını elan etmişdilər. Bunlardan 10-u həm ölçücə, həm də temperaturuna görə Yerə çox bənzəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG