Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Oktyabr, bazar, Bakı vaxtı 15:44

Nazirlikdən partlayışla bağlı açıqlama


Prokurorluq partlayışın səbəbini...

Sumqayıt Şəhər Prokurorluğu metaləritmə zavodunda partlayışla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, martın 22-də Sumqayıtdakı «STP-3 Metaləritmə» zavodunda partlayış baş verməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yerinə baxış keçirilib və digər təxirəsalınmaz zəruri prosessual hərəkətlər yerinə yetirilib: «İlkin araşdırmalarla həmin gün saat 13 radələrində zavodun poladəritmə sexində metalın əriyib sobanın soyutma radiatoruna toxunması nəticəsində partlayış baş verməsi müəyyən olunmuşdur... Hadisə nəticəsində fəhlələr Mürşüd Məmmədov, Vüqar Cəlilov, Ceyhun Qaraşovun və sex rəisi Minyaz Seyidəliyev müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişlər»

Prokurorluq bildirir ki, M.Seyidəliyev müalicə olunduğu xəstəxanada dünən, martın 27-də vəfat edib: «Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilmişdir».

+++

«Sumqayıtda poladəritmə sexində baş verən partlayış dünən - martın 27-də yox, təqribən bir həftə öncə baş verib».

Bunu Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən vurğulayıblar ki, xəsarət alanlardan üçünə tibbi yardım göstərilib və onlar evə buraxılıblar.

«Bir nəfər isə Sumqayıtda yanıq mərkəzinə yerləşdirilib. Bizə məlum olana görə, xəstəxanaya yatırıldığı zaman bu şəxsin bədəninin 90 faizində yanıqlar olub və bu yanıqlar həyati təhlükə daşıyıb. Daha sonra isə yaxınları onu özəl klinikalardan birinə aparıblar», - nazirlikdən qeyd ediblər.

«Report» saytının məlumatına görə isə, həmin şəxs müalicə olunduğu xəstəxanada martın 27-də vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma - ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.

+++

Bugün, martın 27-də Sumqayıtda poladəritmə sexində partlayış baş verdiyi bildirilir.

“Report”un məlumatına görə, hadisə İnşaatçılar qəsəbəsində fəaliyyət göstərən poladəritmə sexində qeydə alınıb.

Partlayış zamanı həmin sexdə çalışan 4 nəfərin yanıq xəsarətləri alaraq xəstəxanaya çatdırıldığı qeyd olunur.

Xəbərdə vurğulandığına görə, daha sonra yaralılar Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb. Onlardan birinin aldığı yanıq xəsarətlərindən vəfat etdiyi deyilir.

Faktla bağlı rəsmi qurumların araşdırma apardığı bildirilir.

Multimedia

XS
SM
MD
LG