Keçid linkləri

2017, 24 Avqust, Cümə axşamı, Bakı vaxtı 09:04

Sumqayıt yolundakı qəzada xəsarət alan daha bir tələbə vəfat edib


Sumqayıt-Bakı yolunda 6 tələbənin ölümü ilə nəticələnən qəzadən qalan görüntü, 9 mart 2017

AzadlıqRadiosu xəbər verir ki, iki gün əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş Lalə Nəsirzadə bu gün səhər saatlarında vəfat edib.

18 yaşlı Lalə Nəsirzadə Sumqayıt Dövlət Universitetinin tarix-coğrafiya fakültəsində təhsil alırdı.

Martın 10-da xəstəxananın həkimi Ədalət Dadaşov onun yaşama şansının cüzi olduğunu demişdi.

Martın 9-u Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş vermiş, nəticədə 5 nəfər ölmüş, 20-dən çox şəxs xəsarət almışdı.

Qəzada ölənlər Sumqayıt Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kurs tələbələri olmuşdu. Onlar İbrahim Quliyev, İbrahim Nəsibov, Rəşad Canıyev, Roza Muradova və Çinarə Quliyeva idi.


Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində faktla bağlı cinayət işi açılıb. Mikroavtobusun sürücüsü Namiq Hüseynov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG