Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 12:06

Sumqayıtda fəhlələrinin zəhərləndiyi deyilir [Video]


Unikal klinikası, Sumqayıt

“SOCAR Polimer”in bir qrup fəhləsinin zəhərləndiklərinə görə, Sumqayıtdakı ”Unikal” klinikasına gətirildiyi bildirilir.

“Unikal” klinikasından faktı təsdiq etsələr də məlumat verə bilməyəcəklərini deyiblər:

“Həmin xəstələr 1 saylı xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Odur ki, şöbə məlumat verməlidir ”, deyə klinikadan bildiriblər.

1 saylı xəstəxananın yoluxucu xəstəliklər şöbəsindən də adının çəkilməsini istəməyən həkimbir qrup şəxsin onlara gətirildiyini təsdiqləyib:

“ 3-4 nəfərdirlər. Qarınişləmə ( ishal)diaqnozu qoyduq, amma bu qəti diaqnoz deyil. Analizlərin cavabından sonra demək olar ki, xəstəliyin səbəbi nədir ”, həkim deyib

Sumqayıtda fəhlələrin zəhərləndiyi deyilir
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Həkim əlavə edib ki,gətirilənlərin heç də hamısı qarınişləmədən şikayətlənməyib. Bəzilərində ümumu narahatlıq müşahidə edilib. Həkimin sözlərinə görə, gələnlərin hamısının qarın-bağırsaqları yuyularaq evə buraxılıblar .

Buna da bax: 56 nəfər spirtli içkidən zəhərlənib

Amma digər bir şəxs isə iki nəfərin, hələ dəşöbədə müalicə aldıqlarını bildirib.

Məsələyə, hələlik, “SOCAR Polymer” müəssisəsindən və Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Adı çəkilən müəssisənin 2016-cı ildəSumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində inşa edildiyi bildirilir.

Müəssisə gələn il tam gücü ilə işləməlidir. Orada yüksək sıxlıqlı polietilen vəpolipropilen istehsalı nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG