Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:03

AŞPA həmməruzəçisi: 'Müxalifət düşmən deyil'


Orduya dəstək aksiyasında tutulanlardan xəbər var
Gözlə

No media source currently available

0:00 0:09:48 0:00

Orduya dəstək aksiyasında tutulanlardan xəbər var

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi, avstriyalı deputat Stefan Schennach AzadlıqRadiosuna müsahibəsində deyir ki, son həbslərin hər birini ayrı-ayrılıqda araşdıracaq.

Koronavirus pandemiyası başlanandan 10-dan çox müxalifətçi karantin rejimini pozmaq və polisə müqavimət ittihamı ilə saxlanıb. Müsavat fəalı Tofiq Yaqublu xuliqanlıq ittihamı ilə həbs edilib.

Stefan Schennach prezident İlham Əliyevin iyulun 15-dəki çıxışında müxalifət haqda fikirlərinə də münasibət bildirib.

Prezident orduya dəstək aksiyasında baş verən zorakılığa görə xalq cəbhəsini ittiham etmişdi, müxalifəti 5-ci kolon adlandırmışdı, demişdi ki, onların məsələsini biryolluq həll etmək lazımdı.

AŞPA həmməruzəçisi: 'Müxalifət düşmən deyil'
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Schennach deyib ki, əgər bir prezidentin 90 faiz səslə seçildiyi deyilirsə, parlamentdə hakim partiyanın üzvləri çoxluq təşkil edirsə, ölkə rəhbərinin müxalifət haqda belə danışmasının səbəbi anlaşılmır:

“Mən həqiqətən də bilmirəm ki, prezident seçkilərindən sonra müxalifət və QHT-lərə qarşı bu mübarizənin səbəbi nədir? Bu çox aydındır ki, əgər hakimiyyət demokratik olduğunu iddia edirsə, onda müxalifəti də qəbul etməlidir. Müxalifət düşmən deyil, İlham Əliyev ağıllıdır və anlayır ki, müxalifət onun üçün təhlükəli deyil”.

"Prezidentin bir neçə dəfə bu cür çıxışlarını eşitmişəm"

Stefan Schennach bildirib ki, payızın əvvəlində AŞPA həmməruzəçilərinin Azərbaycana planlaşdırılan səfəri zamanı prezident İlham Əliyev, ədliyyə və daxili işlər nazirləri ilə bu həbsləri müzakirə etməyə çalışacaq.

Prezident son çıxışında müxalifətə xəbərdarlıq edib, ardınca da Avropa Şurası, digər təşkilatların nə deyəcəklərinə baxılmayacağını vurğulayıb. Bəs, belə olan halda bu müzakirələrin bir nəticəsi olacaqmı? Stefan Schennach bu sualı belə cavablayır:

“Mən 5 ildir Azərbaycan üzrə AŞPA-nın həmməruzəçisiyəm. Bu müddətdə prezidentin bir neçə dəfə bu cür çıxışlarını eşitmişəm. Prezidentin beynəlxaql təşkilatlar, eləcə də Avropa İttifaqı haqqında dediklərindən narahat deyiləm. Çünki gerçəkdə Azərbaycan hökuməti bilir ki, Avropa İttifaqının üzvü olmaq nə qədər önəmlidir. Eləcə də Avropa İttifaqı ilə münasibətlərin nə qədər önəmli olmasını bilirlər. Mən AŞPA-nın deputatı kimi fəaliyyətimdə 3 əsas məsələyə - Demokratiya, insan haqları və qanunun aliliyinə diqqət edirəm. Bu həftə Səid Dadaşbəyli azadlığa çıxdı. Mən onun azadlığı üçün 5 il idi ki, mübarizə aparırdım. Çünki onun həbsi tamamilə qanunsuz idi”.

Stefan Schennach Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulmasından və insan itkilərindən narhatlığını da bildirir. O, iyulun 17-də AŞPA-nın Ermənistan üzrə həmməruzəçisi ilə birlikdə yaydığı bəyanatda tərəfləri təmkinli olmağa, təhrikedici ritorikadan uzaq durmağa çağırıb.

XS
SM
MD
LG