Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:37

Azərbaycanda illərdir nə artan, nə də azalan 5 faiz işsizlik…(VIDEO)


İranda nə baş verir? Vətəndaşlar nə tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:09:53 0:00

İranda nə baş verir? Vətəndaşlar nə tələb edirlər

Dövlət Statistika Komitəsinin illərdir nə artan, nə də azalan bu 5 fazilik işsizlik məlumatına müstəqil təhlilçilər şübhə edirlər. Amma təkcə bu göstəricilərə yox.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin təhlilçisi Rəşad Həsənov deyir ki, Komitənin başqa bəzi rəqəmləri də siyasiləşmiş olur:

“Məlumatların açıqlanmasında xroniki ardıcıllığı pozan məqamlardan biri də məhz rəqəmlərin siyasiləşməsidir, açıqlanan indikatorlara siyasi münasibətin olmasıdır. Çünki bəzi hallarda biz diqqət edirik ki, rüblük hesabatlarda belə Statistika Komitəsi hər hansı bir indikatoru bir rüb üçün açıqlayır, digər rüb üçün həmin indikatoru açıqlamır. Sonrada başqa mənbələrdən məlum olur ki, artıq zəifləmə və ya neqativ trend var imiş. Statistika Komitəsi bunu özünə öhdəlik olaraq müəyyənləşdirib, maraqlıdır”.

AzadlıqRadiosu bu mövzu ilə bağlı Statistika Komitəsinə sorğu yollasa da, bir neçə gün ərzində cavab ala bilmədi.

Hətta prezident İlham Əliyev öz çıxışlarında, hökumətin uğurlarını vurğulayanda məhz Statistika Komitəsinin rəqəmlərinə istinad edir.

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının üzvü, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı deyir ki, quruma heç bir siyasi basqı yoxdur:

"İlk toplantımızda sədrin özü bizə dedi ki, dövlət rəhbərliyi bizdən tələb edib ki, hər şey necə var elə olsun, dəqiq olsun. Çünki statistika mühüm göstəricidir, biz nə vəziyyətdə olduğumuzu bilməliyik ki, inkişaf proqramımızı quraq. Düşünsəm ki, orda vəziyyət başqa cürdür, heç vaxt oranın üzvü olmazdım".

Rəsmilər də inanmırlarsa...

Amma bu ilin sentyabrında keçmiş vergilər, indiki iqtisadiyyat naziri Mikayıl Cabbarov Statistika Komitəsinin rəqəmlərini mübahisələndirmişdi, bildirmişdi ki, komitənin göstəriciləri ilə onların göstəriciləri arasında fərq olub:

"2018-ci ilin əvvəlinə olan məlumata görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir”.

Dövlət Statistika Komitəsi bu irada da öz münasibətini açıqlamayıb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Statistika Komitəsinin məlumatına inanırsızmı?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Bəs hesab-kitabın inandırıcı olmaması, şübhələr doğurması kimə, hansı çətinliklər yaradır?

Komitə yalnız rəqəmləri hakimiyyətin xeyrinə siyasiləşdirməkdə yox, həm də məlumatları vaxtında yeniləməməyə görə tənqid olunur.

Rəqəmlər təzələnmir

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev də öz Facebook hesabında Statistika Komitəsindəki rəqəmlərin köhnəliyinə diqqət çəkir, bildirir ki, Statkomun saytında Milli Hesablar statistikasına dair rəqəmlər son üç ildə yenilənməyib.

Rövşən Ağayev deyir ki, başqa MDB ölkələrində statistika daha tez açıqlanır:

“Halbuki, MDB ölkələrindən Rusiya, Belarus, Qazaxıstan 2017-ci ili artıq 4-5 aydır açıqlayıblar. İqtisadi analizlərlə məşğul olan hər kəs milli hesablar statistikasının nə dərəcədə önəmli olduğunu, həm makro səviyyədə, həm də əsas institusional sektorlar üzrə iqtisadiyyatda baş verən prosesləri analiz etmək, trendləri görmək baxımından həyati əhəmiyyətli statistika olduğunu bilir. 2020-ci ildə sizin açıqlayacağınız 2017-ci il üzrə milli hesablar statistikası kimə lazım olacaq? Ondansa heç açıqlamayın”.

Başqa bir iqtisadçı Rəşad Həsənov deyir ki, informasiya əsrində iqtisadiyyatı planlamaq üçün doğru statistika vacibdir.

Onun sözlərinə görə, etibarlı statistika həm yerli sahibkarların işini düz qurması üçün, həm də xarici investisiyanın cəlbi üçün mühümdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG