Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Putinin İnsan Haqları Şurası Stalin abidələrinə qarşı çıxdı


Lipetsk şəhərində ucaldılmışış abidə
Lipetsk şəhərində ucaldılmışış abidə

Rusiya prezidenti yanında İnsan Haqları Şurası bildirib ki, ölkə boyunnca dövlət torpağında Sovet diktatoru İosif Stalinə abidələrin ucaldılması qəbuledilməzdir.

Şuranın Tarixi Yaddaş daimi komissiyasının sədri Sergei Karaganovun iyulun 11-də verdiyi bəyanatda deyilir ki, “siyasi repressiyaların, Holodomorun milyonlarla qurbanını, xalqların deportasiyasını, kollektivləşdirməni unutmağa və hətta bunlara haqq qazandırmağa çalışan həmvətənlərin və siyasi qüvvələrin mövqeyi kədər və təəssüf yaradır”.

Karaganovun bəyanatında vurğulanır ki, “belə hərəkətlər heç də təkcə mənəviyyata zidd olaraq qalmır,günahsız olaraq cəza çəkmiş əcdadlarımızın ruhuna hötmətsizlik deyil, həm də dövlətimizin rəsmi siyasətinə ziddir”.

Rusiya prezidenti yanında İnsan Haqları Şurası yalnız məşvərətçi orqandır və onun qərarlarının icrası icbari deyil.

Son aylarda Rusiyanın müxtəlif yerlərində Stalinə bir neçə abidələrin açılışları olub.

Bu heykəllərin ucaldılmasının təşəbbüskarları, habelə dövlət mediası və rəsmilər Stalini nasist Almaniyası üzərində qələbəni təmin etmiş istedadlı dövlət başçısı və sərkərdə kimi təbliğ etməyə çalışırlar.

Stalinin hakimiyyəti illərində milyonlarla insan edam edilib və ya Sibirə sürgün olunub.

II Dünya Müharibəsi zamanı bütöv xalqlar nasistlərlə əməkdaşlıqda ittiham edilərək Qazaxıstana deportasiya edilib.

Karganov bildirib ki, “Stalinə heykəl qoyanlar” istər-istəməz bu cinayətlərə haqq qazandırmış olurlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG