Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:59

Stadionda səslənən ‘istefa’ çağırışı polisi niyə narahat edib?


Azərbaycan futbolunda istefa tələbləri reallaşa bilərmi?
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Azərbaycan futbolunda istefa tələbləri reallaşa bilərmi?

Ekspertlərin fikrincə Azərbaycan azarkeşləri Slovakiya ilə matçda AFFA rəhbərliyinin istefasını tələb edirdilər. Bəs onları saxlayan polis kimi nəzərdə tuturdu?

Bir neçə gündür ki, Facebook -da yayılan istefa çağırışları, dünən, iyunun 11-də “Bakcell Arena” stadionunda da səslənib.

Azarkeşlər Azərbaycan-Slovakiya futbol yığmalarının oyununda “istefa” tələbi səsləndiriblər, onların bəziləri elə meydandan polisə aparılıb.

Həmin gənclərdən biri "Turan" agentliyinə bildirib ki, hələ oyunun 1-ci hissəsində Azərbaycan yığması bir neçə qol buraxandan sonra azarkeşlər ayağa qalxıb “istefa” qışqırmağa başlayıblar:

“Oyunun ikinci hissəsi başladı. Daha bir qol buraxıldı və azarkeşlər daha da aqressivləşdi. Mülki geyimli şəxslər məni və bizim sektordan 16 nəfəri bölməyə apardı. Bizə izahat yazdırdılar. Dedilər ki, izahatda elə qeyd edin ki, guya etirazlar baş məşqçiyə ünvanlanıb”.

Həmin gənc əlavə edib ki, əslində “İstefa” şüarları AFFA-nın rəhbərliyinə ünvanlanmışdı. Azarkeş bildirib ki, izahat alınandan sonra 20-ə qədər azarkeş sərbəst buraxılıb.

Deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Rövnəq Abdullayevin istefası?

İdman yazarı Coşqun Eldaroğlu deyir ki, hazırda azarkeşlər AFFA-nın baş katibindən narazıdırlar:

“AFFA prezidenti Rövnəq Abdullayevin bu işdə az səriştəsi var, onun fəaliyyəti formal xarakter daşıyır. Gözləntilər baş katib Elxan Məmmədovdandır. Amma Elxan Məmmədov da futbol adamı deyil. Elxan Məmmədov tamam başqa bir strukturdan bura gətirilib və təcrübəsi yoxdur”.

AFFA -nın mətbuat xidməti ilə əlaqə cəhdlərimiz gün ərzində alınmadı, telefon zənglərimizə cavab verən olmadı.

Oyundan dərhal sonra AFFA rəhbərliyi açıqlama yayıb.

Azərbaycan – Slovakiya oyunundan sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının - AFFA-nın icraiyyə komitəsi təcili toplantı keçirib. Qurumun yaydığı məlumatda yazılıb ki, Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda oyunlarda göstərilən uğursuz nəticələr müzakirə olunub:

“Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq. İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərilərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər”.

Məğlub psixologiyası

Komanda.az saytının baş redaktoru Rəşad Elgün isə deyir ki, Slovakiya ilə oyun heç oyun sayıla bilməz, milli komandanın heç bir müqaviməti yox idi. Onun sözlərinə görə, hər il futbola yüz minlərlə manat vəsait ayrılsa da nəticə yoxdur:

“Düzdür, seçmə mərhələsindəki qrup bizim üçün bir az çətindir, amma heç nəyə baxmayaraq meydanda göstərilən oyun yox idi. Bu da indiyə qədər yürüdülən yalnış futbol siyasətinin nəticəsidir. Bizim əsas millidə daha faciəlisi odur ki, 21 yaşlılardan ibarət komandamız Lixteynşyenə- cırtdan dövlətin komandasına uduzdu. Əsl faciə budur. Beş ildən sonra bu futbolçular əsas milli komandada oynayacaqlar. Həmin futbolçular artıq məğlub psixologiyasına öyrəşiblər”.

Başqa bir idman yazarı Coşqun Eldaroğlu deyir ki, əvvəllər klubları sahibkarlar maliyyələşdirirdi və ən azı klublar bir-biri ilə yarışırdı, məsələn, aşağı yaş qruplarını hər hansı bir şəkildə inkişaf etdirməyə çalışırdılar. Son illər isə bütün klublar bir cibdən- AFFA-dan maliyyələşir. Odur ki, klublar yox dərəcəsindədir, milli çempionat yox, sanki Bakı çempionatı keçirilir və milli komanda inkişaf etmir.

Coşqun Eldaroğlu təklif edir ki, klubların dotasiya ilə maliyyələşməsinə son qoyulsun, sahibkarların klubları maliyyələşdirməsi həvəsləndirilsin.

Azərbaycan Avro-2020-nin seçmə mərhələsində bundan əvvəl keçirdiyi iki oyunda da məğlub olub. Əvvəlcə səfərdə Xorvatiya yığmasına 2:1 hesabı ilə məğlub olan Azərbaycan millisi iyunun 8-də Bakıda Macarıstan yığmasına 1:3 hesabı ilə uduzmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG