Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:15

Azərbaycanın idman uğurları da neftin qiymətindən asılı olub


Komandalar dağılır, İlham Əliyev idmanda uğurlardan danışır
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Komandalar dağılır, İlham Əliyev idmanda uğurlardan danışır

Prezident İlham Əliyev deyir ki, 2018-ci ildə Azərbaycan idman sahəsində böyük uğurlar qazanıb. Bəs uğur nə ilə ölçülür? Medalların çoxluğu uğurun göstəricisidirmi? Komanda idman növləri Azərbaycanda niyə zəif inkişaf edib?

Dekabrın 14-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Həmin mərasimdə çıxış edən İlham Əliyev deyib ki, Azərbaycan inamla irəli gedir və idman cəmiyyətin ayrılmaz hissəsidir.

“Ölkəmizdə beynəlxalq idman yarışlarının keçirilməsi ənənəyə çevrilib. Bu il ölkəmizdə dünya, Avropa çempionatları keçirilib. Formula 1 yarışı üç ildir Azərbaycanda, Bakıda keçirilir. Bu il və keçən il ümumi rəyə görə, bizim yarışımız – Bakı yarışı ən gözəl yarış olub. Bu da göstərir ki, bizim qəbul edilmiş hər bir qərarımız düzgün qərardır, gözəl nəticə verir”.

İlham Əliyev vurğulayıb ki, beynəlxalq yarışlara ev sahibliyi həm də turizm sahəsinə təsir edib. Ölkəyə gələn turistlərin sayı xeyli artıb.

Neft qalxır, idman canlanır

İlham Əliyev 2018-ci ilin uğuru kimi Avropa çempionatlarında və digər beynəlxalq yarışlarda Azərbaycanın 800-ə yaxın medal, o cümlədən 263 qızıl medal əldə etməsini vurğulayıb. O bu qələbə münasibətilə idmançıları təbrik edib.

Prezident 2018-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə yarışlarda uğur qazanan idmançılara pul mükafatları, mənzil də verib.

2015-ci il Avropa Oyunlarında Azərbaycanın volleybol yığması yarımfinala çıxmışdı
2015-ci il Avropa Oyunlarında Azərbaycanın volleybol yığması yarımfinala çıxmışdı

2018-ci ildə fəaliyyəti dayandırılan “Sərhədçi” voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov inanır ki, prezident İlham Əliyevin dəstəyi ilə voleybol idman növü də yenidən canlanacaq. 36 yaşlı Ziya Rəcəbəv 2000-ci ildən müxtəlif voleybol klublarında baş məşqçinin köməkçisi, baş məşqçi olub. Amma bu ilin aprelindən işsizdir:

“Klubların bağlanmasının əsas səbəbi maliyyə problemləridir. Həm qız, həm də oğlanlardan ibarət voleybol komandaları yox dərəcəsindədir. Yaxşı oyunçuların yetişməsi üçün ölkə çempionatları keçirilməlidir. Yaxşı prespektivli voleybolçu qızlarımız var, amma çempionatlar yoxdur deyə qalıblar fəaliyyətsiz. 2015-ci ildə ölkə üzrə çempionatda baş məşqçisi olduğum komanda 4-cü yeri tutsa da, Avropa turnirində 3-cü yeri tuta bildik. 2017-ci ildə İslam Olimpiyadasında 2-ci yeri qazandıq. Amma bu ilin aprel ayından bəri işsizəm. Klub fəaliyyət göstəmir, hamı da mənim kimi işsizdir. Bekarçılıqdır. Nə çempionat var, nə avrokubok”.

Legionerlərin qazandığı medallar

İdman yazarı Coşqun Eldaroğlu düşünür ki, voleybol klublarının dağılması ümumilikdə ölkədə idmanın durumunu göstərir. Onun fikrincə, idmanın bir çox sahələrində durum oxşardır. Legionerlər hesabına qazanılan medallar, uğurlar ümumi ölkədə idmanın uğuru kimi təqdim olunmamalıdır:

“Müşahidə edirəm ki, əksinə 2018-ci ildə idman eniş dövrünü yaşayıb. Ölkə idmanındakı vəziyyət də ölkənin iqtisadi vəziyyətinə uyğundur. Daha bəsit fomrada desək, neftin qiymətinə uyğundur. Neft nə qədər baha olsa, idmana daha çox vəsait ayrılır, uğur görüntüsü yaradılır. Bunu da müxtəlif idman növləri üzrə legionerlər cəlb etməklə edirlər”.

Coşqun Eldaroğlu düşünür ki, idman sahəsində pərəkandə deyil, hərtərəfli inkişafa ehtiyac var. Proqramlar hazırlanmalı, inkişaf mexanizmləri müəyyənləşdirilmədir. Ən əsası klubların müxtəlif dövlət qurumları və şirkətlərdən maddi asılılığı aradan qaldırılmalıdır.

Coşqun Eldaroğlu xüsusilə futbol, voleybol və digər komanda oyunlarında uğurların azlığını bununla bağlayır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycan idmançıları komanda oyunlarında niyə yüksək nəticə göstərə bilmirlər?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

3 il əvvəl neft kəskin ucuzlaşanda Azərbaycan hökuməti idmana ayrılan xərcləri də azaltmışdı, hətta Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina etmişdi.

Amma neftin qiyməti artmağa başlayan kimi hökumət idman yarışları ilə bağlı xərcləri yenidən artırıb.

2019-cu ildə Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Bu, gənclər arasında Avropa Oyunlarının bir növüdür.

Bundan başqa gələn il ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG