Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:21

ABŞ-ın kibertəhlükəsizlik şirkəti Rusiyanı tərk edir


ABŞ-ın Splunk kibertəhlükəsizlik və məlumat təhlili şirkəti Rusiyadan çıxmaq barədə qərarını elan edib.

Fevralın 18-da yaydığı bəyanatda San Fransiskoda mənzillənmiş şirkət bildirib ki, Rusiya vahidlərinə kompüter proqramlarının satışını dayandırır, lakin artıq imzalanmış kontraktlar üzrə onların etibarlığı müddətində öhdəliklərini yerinə yetirəcək.

Bəyanatda bu qərar üçün spesifik səbəb göstərilmir, lakin bundan bir həftə əvvəl Rusiya parlamentinin aşağı palatası – Duma internetin Rusiya seqmentinin qlobal şəbəkədən ayrılmasını mümkün edən qanunun qəbuluna ilkin razılığını verib.

Bu qanun layihəsi Rusiyanın daxilində və xaricində tənqid edilir. Tənqidçilər bildirirlər ki, qanundan məqsəd Vladimir Putin hökumətinin internet üzərində nəzarətinin artırılması və senzuranın tətbqiidir.

Splunk-ın bəyanatında deyilir ki, şirkət “resurslarının hara investisiya edildiyini” daim diqqətdə saxlayır.

Şirkət bildirir ki, öz məhsdullarının Rusiya vahidlərinə birbaşa və dolayısı ilə satışının dayandırılması qərarını da bu aspektdən qəbul edib.

Splunk şirkətinin əsas məhsulu Splunk Enterprise Security platformasıdır. Bu proqram təhlükəsizlik informasiyası və hadisə menecmenti olaraq cihazlar tərəfindən yaradılan böyük həcmdə informasiyaları toplayır və təhlil edir, habelə potensial təhlükəsizlik hadisələrinə baxış vermək qabiliyyətinə malikdir.

Xatırlatma

Rusiya mediası fevralın 11-də xəbər verirdi ki, Moskva yaxın həftələrdə ölkəni müvəqqəti olaraq qlobal internetdən ayırmağı sınaqdan çıxaracaq. Moskva bildirir ki, bu tədbir ölkənin kiberhücumlardan müdafiəsini yoxlamaq üçündür.

Bu da deyilirdi ki, ölkənin xarici kiberaləmlə bütün kanallarını kəsəcək bu sınaq aprelin 1-dən əvvəl həyata keçiriləcək. Lakin dəqiq tarix hələ müəyyənləşdirilməyib.

Dekabrın 14-də Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində xaricdəki serverlərlə əlaqənin olmadığı təqdirdə “internetin Rusiya seqmentinin muxtar fəaliyyətinin təmin olunmasının zəruriliyi” qeyd edilir.

Əgər qəbul olunarsa bu qanun Runet kimi tanınan yerli internetin Rusiyanın dövlət telekommunikasiya tənzimləyicisi Roskomnadzorun nəzarətində olan mübadilə qovşaqlarından keçməsini tələb edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG