Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 18:24

Spirtli içkilərin nağd pulla satışına qoyulan qadağa götürülür


Foto: arxiv

Yanvarın 1-dən spirtli içkilərin pərakəndə qaydada nağd pulla satışına qoyulan qadağa rəsmən ləğv edilir.

Aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir.

2016-cı il yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) nağd qaydada satışı qadağan olunmuşdu. Ancaq bu qadağanın tətbiqi mümkün olmayıb.

Nağdsız ödəniş üçün əksər insanlarda plastik kartların, ticarət obyektlərində də lazımi avadanlıqların olmamasına görəqadağanın tətbiqi müvəqqəti dayandırılmışdı.

XS
SM
MD
LG