Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 08:46

Milli Məclis sədri və deputatlar İtaliyaya gedəcək


Milli Məclis, 23 fevral 2016

Mayın 6-da Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, nümayəndə heyətinin tərkibinə İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Azər Kərimli, deputatlardan Ülviyyə Ağayeva, Vahid Əhmədov, Elşad Həsənov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
“Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya Senatının və Deputatlar Palatasının rəhbərliyi, Azərbaycanla dostluq qrupunun təmsilçiləri ilə görüşlər keçirəcəklər. Qanunvericilik orqanları arasında əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılcaq ”, mətbuat xidməti qeyd edir.
Mayın 8-də nümayəndə heyəti Azərbaycana qayıtmalıdır.

Multimedia

XS
SM
MD
LG